az en

Xarici İnvestisiyaların Qorunması Haqqında

Xarici investisiyanın qorunması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.

IBÖLMƏ

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Xarici investisiya haqqında qanunvericilik

Azərbaycan Respublikasının ərazisində xarici investisiya ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.

Maddə 2. Xarici investorlar

Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola bilər:

a)   xarici hüquqi şəxslər;

b)   xarici vətəndaşlar, vətəndaşlıq olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;

v)   xarici dövlətlər;

q)   beynəlxalq təşkilatlar.

Maddə 3. Xarici investisiya və onun qoyulması formaları

Xarici investorların mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.

Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:

a)    Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;

b)    tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;

v)   müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;

q)    torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi;

ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png