az en

Valyuta Tənzimi

Valyuta tənzimi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir.

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR[1]

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

  1. “Azərbaycan Respublikasının milli valyutası” (bundan sonra “milli valyuta”): 
  2. a)  tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan RespublikasıMərkəzi Bankınınburaxdığı kağız və metal pul nişanları;[2] b)  Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti; v)  Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti.
  3. “Milli valyutada qiymətli kağızlar“ — manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri.
  4. “Xarici valyuta”:
  5. a)   müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; b)   xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.
  6. “Valyuta sərvətləri”:
  7. a)   xarici valyuta; b)   xarici valyutada qiymətli kağızlar—xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; v) qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium);[3] q) qiymətli daşlar – işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.[4]

    Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid edilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [5]

    1. “Rezidentlər”:
    2. a)  Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;

    Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png