az en

İnvestisiya təşviqi meyarları

“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2016-cı il

                   № 878

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 aprel tarixli 878 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri

İFNT İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri İnvestisiya layihəsinin həcmi ilə bağlı regionlar üzrə minimal məbləğ (milyon manatla)
1 2 3 4 5
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması - 2 1 0,4 0,2
Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması - 2 1 0,4 0,2

“Bitkilərin intensiv becərilməsi

(Yağmurlama üsulu ilə suvarılacaq əkin sahəsi 50 hektardan az olmayan təsərrüfatlar)”

- - - 0,4 0,2

“İntensiv bağçılıq, bostançılıq və çayçılıq

(Damcı sulama və yağmurlama üsulu ilə suvarılacaq ərazisi 5 hektardan az olmayan təsərrüfatlar)”

- 1 - 0,4 0,2
İri buynuzlu mal-qaranın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar) - - - 0,4 0,2
Sənaye üsulu ilə balıq yetişdirilməsi - - - 0,4 0,2
07 Metal filizlərin hasilatı və emalı - - - - 50
10 Qida məhsullarının istehsalı - 2 1 0,4 0,2
11 İçki istehsalı - 2 1 0,4 0,2
12 Tütün məmulatlarının istehsalı - 2 1 0,4 0,2
13 Toxuculuq sənayesi məhsullarının istehsalı 5 2 1 0,4 0,2
14 Geyim istehsalı 5 2 1 0,4 0,2
15 Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı1 5 2 1 0,4 0,2
16 Ağac emalı və ağacdan məmulatların istehsalı - 2 1 0,4 0,2
17 Kağız və karton istehsalı - 2 1 0,4 0,2
19 SMST 19.20 Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı - 3 2 1 0,5
20 Kimya sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla) - 3 2 1 0,5
21 Əczaçılıq məhsullarının istehsalı - 10 10 10 5
22 Rezin və plastmas məmulatların istehsalı - 3 2 1 0,5
23 Tikinti materiallarının istehsalı2 (SMST 23.63 Əmtəə betonu, 23.64 Quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, 23.99 Digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla) - 3 2 1 0,5
24 Metallurgiya sənayesi məhsullarının istehsalı 5 5 3 2 1
25 Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 5 3 2 1 0,5
26 Kompüter və digər elektron avadanlıqların istehsalı 5 3 2 1 0,5
27 Elektrik avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
28 Maşın və avadanlıqların istehsalı 5 3 2 1 0,5
29 Avtomobil və qoşquların istehsalı - 5 3 2 1
30 Sair nəqliyyat vasitələrinin istehsalı 5 5 3 2 1
31 Mebel istehsalı - 3 2 1 0,5
32 Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
Alternativ enerji istehsalı 5 3 2 1 0,5

İxtisarlar:

İFNT- İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı (III versiya, 2009-cu il)

SMST - Sənaye Məhsullarının Statistik Təsnifatı (III versiya, 2009-cu il)

İstinadlar:

1 Region 1 üzrə dərinin aşılanması, rənglənməsi və hazırlanması sinfinə daxil olan istehsalın qurulması istisna olmaqla

2 Sement istehsalı üzrə investisiya təşviqi klinker istehsal etməyən sement müəssisələrinə şamil edilmir

Regionlara daxil olan inzibati ərazi vahidləri:

                      Region 1 - Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)

                      Region 2 - Bakı ətrafı qəsəbələr və Abşeron rayonu

                      Region 3 - Sumqayıt şəhəri, Gəncə şəhəri

                      Region 4 - 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar

Region 5 - Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png