az en

"BAKI NEFT MAŞINQAYIRMA ZAVODU" TASC

Müəssisənin tam adı: “Bakı Neft Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti

Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101a 

İşçilərin sayı: 150 nəfər

Torpaq sahəsi: 18,6 ha

Tikilialtı sahəsi: 75099,7 m2

Müəssisənin fəaliyyət sahəsi: “Bakı Neft Maşınqayırma Zavodu” TASC 2010-cu ildə “Səttərxan adına maşınqayırma zavodu” TASC və “Bakı neft mədən maşınqayırma zavodu” TASC-nin birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları və siyirtmələrdən ibarətdir. Müəssisənin istehsal etdiyi fontan armaturları və kəmər başlıqları Ukrayna və Rusiya Federasiyasına ixrac edilir.

Müəssisənin əsas istehsal sahəsi: Zavodun daxilində beş böyük sex və bir laboratoriya fəaliyyət göstərir. Bu sexlərin dəzgah bazası daim yenilənir və məhsullar ən son texnologiyalar əsasında hazırlanır. Poladəritmə, Kəsmə, Mexaniki-Termiki emal, Dəmirçi və Məhsul yığma sexlərində işlərə nəzarət edilir. Hazırlanan avadanlıqların hissələri ayrı ayrı halda tökmə üsulu ilə hazırlanır. Bu da hazırlanan məhsulun yüksək keyfiyyətindən və dözümlülüyündən xəbər verir. Burda istehsal olunan avadanlıqlar 1500-1700 atmosfer təzyiqinə davam gətirə bilir.

Qeyd: Zavod bütün kommunikasiya xətlərinə malikdir. O cümlədən rabitə, su, qaz, elektrik enerjisi, kanalizasiya, internet şəbəkəsi mövcuddur. Avtomagistral müəssisənin 50 metr məsafəsindən keçir. Dəmir yolu stansiyası 3 km məsafədə, rayon mərkəzi isə 15 km məsafədə yerləşir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png