az en

“MİNGƏÇEVİR ŞÜŞƏ LİFİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN ELANI

“Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 648 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Mingəçevir Şüşə lifi” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 97,78 (doxsan yeddi tam yüzdə yetmiş səkkiz) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

 

1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 mart 2017-ci il tarixinə)

Hüquqi ünvanı:  Azərbaycan Respublikası, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 108

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü:   şüşə lifi, elektroizolyasiya şüşə parça və şüşə lentlərinin istehsalı və satışı

Nizamnamə kapitalı:  494 780 (dörd yüz doxsan dörd min yeddi yüz səksən) manat

Buraxılmış səhmlərin sayı:  247 390 (iki yüz qırx yeddi min üç yüz doxsan) ədəd

Buraxılmış səhmlərin növü:  sənədsiz adlı

Bir səhmin nominal dəyəri:   2 (iki) manat

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı:  241 888 (iki yüz qırx bir min səkkiz yüz səksən səkkiz) ədəd

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri:  483 776 (dörd yüz səksən üç min yeddi yüz yetmiş altı) manat

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində yerləşən tikililərin xarakteristikası: səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı:   yoxdur

Qeyri-maddi aktivlər:    yoxdur

İstismara verildiyi il:   1965 

İşçilərin sayı:   4 nəfər

Səhmdar cəmiyyətinin öhdəlikləri, cəmi:    728 185 (yeddi yüz iyirmi səkkiz min bir yüz səksən  beş) manat

o cümlədən,

əmək haqqı və ona bərabər tutulan  borclar:    24 080 (iyirmi dörd min səksən) manat

dövlət büdcəsinə olan borclar:  147 000 (bir yüz qırx yeddi min) manat

DSMF-yə olan borclar:   69 206 (altmış doqquz min iki yüz altı) manat

mal, iş və xidmətlərə görə dövlət müəssisələrinə olan borclar:   485 133 (dörd yüz səksən beş min bir yüz otuz üç) manat

sair borclar:   2 766 (iki min yeddi yüz altmış altı) manat

Debitor borcları:  137 138,81 (bir yüz otuz yeddi min bir yüz otuz səkkiz) manat

 

2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1 Müəssisənin fəaliyyətinin bərpası və/və ya digər istehsal (emal, xidmət) sahəsinin yaradılması üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 3 000 000 (üç milyon) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1 fəaliyyət növündən asılı olaraq yeni texnologiyaların tətbiqinə dair təkliflər;

2.1.2 istehsal olunan məhsulun çeşidinin artırılmasına və ya yeni məhsulların istehsalına (xidmətlərin göstərilməsinə) dair təkliflər;

2.1.3 yeni iş yerlərinin yaradılmasına dair təkliflər;

2.1.4 mövcud tikili və qurğuların bərpasına, habelə zəruri tikililərin inşasına dair təkliflər;

2.1.5 səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 (altmış) gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2. Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi (450 000 (dörd yüz əlli min) manat və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dollarının manatla ekvivalentindən az olmamaq şərti ilə).

 

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 150 000 (bir yüz əlli min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki  şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.      

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim etməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

                                                 

4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını.

4.1.2.  Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- 60 (altmış) təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin dövlət büdcəsinə olan borclarının ödənilməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 120-dən az olmayaraq, iş yerinin yaradılmasını;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 2 845 (iki min səkkiz yüz qırx beş) manat məbləğində vəsaitin ödənilməsini;

-  müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 18 may 2017-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802, tel.: 490 24 08 (əlavə 207, 208 və 191).

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 18 may 2017-ci il tarixinədək iş günləri saat  10:00-dan 17:30-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 19 may 2017 saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png