az en

“SUMQAYIT TİKİNTİ XİDMƏT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN ELANI

“Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 99,91 (doxsan doqquz tam yüzdə doxsan bir) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edilmiş iddiaçıya üstünlük veriləcəkdir.

 

1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 mart 2017-ci il tarixinə)

Hüquqi ünvanı:  Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55 A

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü:  tikinti və təmir-tikinti işləri

Nizamnamə kapitalı:  259 824 (iki yüz əlli doqquz min səkkiz yüz iyirmi dörd) manat

Buraxılmış səhmlərin sayı:  129 912 (bir yüz iyirmi doqquz min doqquz yüz on iki) ədəd

Buraxılmış səhmlərin növü:  sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 (iki) manat

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı: 129 799 (bir yüz iyirmi doqquz min yeddi yüz doxsan doqquz) ədəd

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri: 259 598 (iki yüz əlli doqquz min beş yüz doxsan səkkiz) manat

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində yerləşən tikililərin xarakteristikası:  səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı: yoxdur                                                                                  

Qeyri-maddi aktivlər: yoxdur

İstismara verildiyi il:  1959

Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti:  qənaətbəxş

İşçilərin sayı:  10 nəfər

Səhmdar cəmiyyətinin öhdəlikləri, cəmi:  38 594 (otuz səkkiz min beş yüz doxsan dörd)  manat                                                                      

o cümlədən,

dövlət büdcəsinə olan borclar:    20 697 (iyirmi min altı yüz doxsan yeddi) manat

mal, iş və xidmətlərə görə dövlət müəssisələrinə olan borclar:    882 (səkkiz yüz səksən iki) manat                                             

sair borclar:  17 015  (on  yeddi  min  on beş) manat

Debitor borcları:  yoxdur

2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1 Müəssisənin fəaliyyətinin bərpası və/və ya digər xidmət (istehsal, emal) sahəsinin yaradılması üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 500 000 (beş yüz min) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1 fəaliyyət növündən asılı olaraq mövcud tikili və qurğuların bərpasına və ya zəruri tikililərin inşasına dair təkliflər;

2.1.2 göstərilən xidmətlərin çeşidinin artırılmasına və ya istehsal olunacaq məhsulun növünə dair təkliflər;

2.1.3 yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;

2.1.4 yeni iş yerlərinin yaradılmasına dair təkliflər;

2.1.5 səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 (altmış) gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2 Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi (250 000 (iki yüz əlli min) manat və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dollarının manatla ekvivalentindən az olmamaq şərti ilə).

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 80 000 (səksən min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim etməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

 

4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

 4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını.

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

-  60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

-  60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

-  müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin dövlət büdcəsinə olan borclarının ödənilməsini;

-  öhdəlik götürəcəyi sayda, lakin 50-dən az olmayaraq, iş yerinin yaradılmasını;

-  30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 2 267 (iki min iki yüz altmış yeddi) manat məbləğində vəsaitin ödənilməsini;

-  müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 17 may 2017-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802, tel.: 490 24 08 (əlavə 207, 208 və 191).

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 may 2017-ci il tarixinədək iş günləri saat  10:00-dan 17:30-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 18 may 2017, saat 11:00-dan başlayaraq həyata keçiriləcəkdir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png