az en

AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMLAK MƏSƏLƏLƏRİ  DÖVLƏT KOMİTƏSİ

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminə dair işlərin icrası ilə bağlı 03.05.2016-cı il tarixli SM14 nömrəli Satınalma Müqaviləsi çərçivəsində hazırlanmış məhsulların (elektron kadastr məlumatlarının) keyfiyyətinə nəzarət edilməsi məqsədi ilə məsləhətçi xidmətlərinin satın alınması üzrə açıq tender elan edir.

Tenderdə peşəkar mütəxəssislərlə bərabər, həm də icra edilmiş işlərin keyfiyyətinin yoxlanması (istər geodeziya işlərinin nəticələrinin, istərsə də elektron kadastr məlumat bazasının yaradılması işinin) üçün zəruri müasir geodeziya alətlərinə, proqram təminatına, kompüter texnikasına və digər vacib təchizatlara malikrezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq  № 814, tel.: (+99412) 490 24 08 (daxili: 191); faks: +99412 490 33 59), e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ünvanından ala bilərlər.

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu:  210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. bik: CTREAZ22

Alan

Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/H- AZ84CTRE00000000000002647970

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  4. Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
  6. İddiaçının son üç ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı.
  7. İddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.    
  8. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
  9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
  10. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
  11. Digər sənədlər (tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər).

      İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

      İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində “Əsli” və “Surəti” yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli”  və “Surəti” arasında fərqlər olduqda üstünlük “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.

      Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

     

      Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən    12  ay müddətinə icra olunmalıdır.

      Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-     iddiaçı tərəfindən işin keyfiyyətinə nəzarətin yerinə yetirilməsinə dair təklif olunan üsullar, yanaşma, keyfiyyətə nəzarət  işinin  təşkili və idarə edilməsi ilə bağlı təkliflər;

-       iddiaçının bu sahədəki iş təcrübəsi;

-       təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi;

-       görüləcək işlərin dəyəri.

İddiaçılar öz təkliflərini Əsas Şərtlər Toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla)07 noyabr 2016-cı il tarixinə qədər (saat 17.00-dək), tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə   16 noyabr 2016-cı il tarixinə qədər (saat 17.00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 814, əlaqələndirici şəxs – Nurlan Verdiyev) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

            İddiaçıların tender təklifləri 18 noyabr 2016-cı il tarixində (saat 11.00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq  № 310)  ünvanında açılacaqdır.

            Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı ilə açılacaq və təkliflər elan ediləcəkdir.

Tender Komissiyası

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png