az en

“Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Mingəçevir Texniki Rezin Məmulatları zavodu keçmiş SSRİ-nin Neft-Kimya Sənayesi Nazirliyinin əmri ilə Qafqaz, Mərkəzi Asiya və Rusiyanın uzaq şərq regionunu rezin məmulatları ilə təchiz etmək məqsədi ilə 1968-ci ildə yaradılmış, 1970-ci ildə istismara verilmişdir. 1992-ci ildə müəssisə Azərbaycan Respublikasının “Azərikimya” Dövlət Şirkətinin tabeliyinə keçirilmişdir.

Müəssisə səth rezin konveyer lenti, yastı ötürücü qayış, pazvari ötürücü qayışlar, rezin qolçaqlar və digər məhsullar istehsal etməklə, 2000-ci ilədək fəaliyyət göstərmiş, sonradan fəaliyyətini dayandırmışdır. 26 dekabr 2001-ci il tarixində Mingəçevir Texniki Rezin Məmulatları zavodunun bazasında “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildəetibarən daxili imkanlar hesabına fəaliyyətini bərpa etsə də, 2015-ci ilin yanvar ayından fəaliyyətini qismən davam etdirir. Hazırda müəssisə cüzi sifarişlər əsasında müəyyən qədər fəaliyyət göstərir.

 

   

 

Müəssisənin fəaliyyət sahəsi:Texniki rezin məmulatlarının istehsalı və satışı.

 

İstehsal olunan məhsulların adı və çeşidi:

Müəssisə texniki rezin məmulatları (konveyer lentləri, yastı ötürücü qayışlar, şlanqlar, formalı və formasız nəqliyyat lentləri, yastı qayış, istiyə davamlı pazvari qayışlar, hörülmüş rezin boru  çeşidləri və s.) istehsal etmişdir.

Hazırkı istehsal həcmi:

40 ton formalı və formasız texniki rezin məmulatlarının istehsalı və satışı.

Nizamnamə kapitalı: 970 514 manat

Buraxılmış səhmlərin sayı: 485 257 ədəd

Səhmlərin növü: adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri: 2 manat

Satılmış səhm zərfinin həcmi: 5 150 ədəd (1,06%)

Hazırda satılan səhm zərfinin həcmi: 480 107 ədəd (98,94%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa): hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon) və paytaxta qədər məsafə: müəssisə Mingəçevir şəhəri, Samux küçəsi, 15 ünvanında yerləşir. Paytaxt Bakıya qədər məsafə 280 km-dir.

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə: Müəssisə Mingəçevir dəmir yolu stansiyasından 5 km, Yevlax aeroportundan 35 km, Gəncə aeroportundan isə 90 km məsafədə yerləşir.

Xammal təminatı:

Əsas xammal xarici istehsallıdır və daxili bazardakı sahibkarlıq subyektlərindən alınır.

İşçilərin sayı: 10 nəfər

Müəssisənin torpaq sahəsi: 18 ha

Müəssisənin tikilialtı sahəsi: 5,5 ha

 

Əsas istehsal sahələri və onların qısa xarakteristikası:

Müəssisənin 1 saylı hazırlıq sexində digər istehsal sahələrində istifadə olunan müxtəlif markalı rezin qarışıqları hazırlanır, 3 mərtəbəli binada yerləşir, sahəsi 9072 kv. m təşkil edir. 2 saylı formalı və formasız məhsullar istehsalı sexində müxtəlif rezin məmulatları (formalı və formasız) istehsal olunur və əsas etibarilə neftçıxarma, neft quyularının istismarında , dəmir yolu, kənd təsərrüfatı müəssisələrində, quşçuluq sənayesində, taxıl kombinatlarında, pambıqtəmizləmə zavodlarında istifadə olunur. Sex 1 mərtəbəli binada yerləşir, sahəsi 7000 kv. m təşkil edir.

3 saylı rezin qolçaqlar sexində sapla hörmə konstruksiyalı, parça qatlı və yüksək təzyiqə davamlı kapron parça qatlı rezin qolçaqlar istehsal olunur, sahəsi 8784 kv. metr təşkil edir.

4 saylı sexdə nəqliyyat lenti, yastı və sonsuz yastı qayışlar istehsal olunur, sahəsi 3456 kv. metr təşkil edir.

5 saylı pazvari ötürücülər qayışlar istehsalı sexində müxtəlif profilli və ölçülü qayışlar istehsal olunur.

Sovetlər dövründən sonra müəssisədə  əsas istehsal, satış əlaqələri pozulmuş zavodda tənəzzül prosesi başlamışdır. Nəticədə istehsal sahələri dayanmışdır. Hazırda müəssisənin avadanlıqlarının əksər hissəsi fiziki və mənəvi aşınmaya məruz qalmışdır. Belə ki, sexlərin texnoloji avadanlıqları və əsas fondları korroziyaya uğrayaraq aşınmış, fiziki və mənəvi cəhətdən köhnəlmişdir.

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

 

  • geniş istehsal infrastrukturuna malik olması;
  • ixtisaslı işçi heyətinin mövcudluğu;
  • ölkədə rezin məlumatlarına tələbatın olması;
  • nəqliyyat infrastrukturuna (aeroport və dəmiryol stansiyası) yaxın məsafədə yerləşməsi.

 

Müəssisənin imkanları:

Ümumilikdə ölkəyə idxal edilən müxtəlif təyinatlı rezin məmulatlarının həcmi milyonlarla ABŞ dollarıdır. Hazırda Azərbaycan bazarında müxtəlif növ rezin məmulatlarına olan tələbatın ödənilməsi üçün idxalın əvəz edilməsi imkanları mövcuddur və bu tələbat əsasında yerli istehsalı yenidən təşkil etmək olar. Ölkənin kimya sənayesinin, o cümlədən də rezin məmulatlarının istehsalı üçün xammalı təmin edən sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yerli istehsalın yenidən bərpası üçün bir imkan kimi qiymətləndirilə bilər. Müəssisənin rəqabət qabiliyyətli məhsul istehsalı üçün maddi texniki bazasının yeniləşdirilməsi və müasir texnoloji avadanlıqlarla təchiz olunması zəruridir.

 

Əsas rəqiblər və onların bazardakı xüsusi çəkisi:

Hazırda ölkədə rezin sənayesi üzrə mövcud tələbatın əsas hissəsi özəl mülkiyyətdə olan kiçik və orta müəssisələr tərəfindən ödənilir. Daxili bazarda rezin sənayesi üçün əsas xammal və material istehsal edən və dövlət mülkiyyətində olan müəssisələr yoxdur. Bazarda əsas idxalçılar Rusiya və Türkiyə şirkətləridir. Hazırda daxili bazarda idxal olunan rezin məmulatları əsasən Rusiya və Türkiyə şirkətlərinə məxsusdur. 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png