az en

“Bakı Elektroavtomat” Açıq Səhmdar Cəmiyyəti

                                                                 

Müəssisə haqqında qısa məlumat:

Müəssisə 1961-ci ildə istismara verilmişdir. Zavodun fəaliyyəti 1990-cı ildən 2002-ci ilə kimi demək olar ki, dayanmış, 2003-cü ildən isə qismən bərpa edilmişdir. 19 iyul 2001-ci ildə Bakı Elektroavtomat zavodunun əsasında “Bakı Elektroavtomat” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisə sənayenin bütün sahələrində elektrik enerjisi bölüşdürən cihazları artıq elektrik yüklənməsindən və qısa qapanmadan qoruyan, habelə cihazlara avtomatik nəzarət etmək imkanı verən aşağı gərginlikli elektrik avadanlıqları istehsalı sahəsində ixtisaslaşır.

 

Müəssisənin fəaliyyət sahəsi: aşağı gərginlikli elektrik avadanlıqlarının istehsalı və satışı

 

İstehsal olunan məhsulların adı və çeşidi: elektrik şəbəkələri üçün müxtəlif çeşidli kompleks transformator mərkəzləri, 6-10 kV-luq paylayıcı qurğular, bölüşdürücü şkaflar, ayırıcılar, məişət sayğac panelləri, neft sənayesi üçün idarəetmə qurğuları – ümumiyyətlə, 20 adda müxtəlif  elektrik  avadanlıqlarının istehsalı.

 

İstehsal həcmi: müəssisə ildə 4-5 min ədəd müxtəlif çeşidli elektrik avadanlıqları istehsal etmişdir

Nizamnamə kapitalı: 1 255 478 manat

Buraxılmış səhmlərin sayı: 627 739 ədəd

Səhmlərin növü: adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 manat

Satılmış səhm zərfinin həcmi: 4 170 ədəd (0,66%)

Hazırda satılan səhm zərfinin həcmi: 623 569 ədəd (99,34%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa): hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon):müəssisə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşir.

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə: müəssisə bütün nəqliyyat qovşaqlarına yaxın məsafədə yerləşir: Beynəlxalq hava limanına – 2 km; Keşlə d/y stansiyasına – 12 km; dəniz limanına – 26 km.

Xammal təminatı: əsas xammal daxili bazardan alınır.

İşçilərin sayı: 23 nəfər

Müəssisənin torpaq sahəsi: 9.3 ha

Müəssisənin tikilialtı sahəsi: 3,8 ha

 

Əsas istehsal sahələri və onların qısa xarakteristikası: Cəmiyyətin əsas istehsal sahələrindən biri ayırıcılar və plastik kütlələrin emalı sexidir. Sexin istehsal gücü ayda 3000 ədəd olmaqla 250, 400, 630A-lik BRP və RE-19 tipli ayırıcılar təşkil edir. Sexin istehsal sahəsinin sağlamlaşdırılması üçün elektrik presslərinin və qəliblərinin bir hissəsi təmir edilərək işə buraxılmışdır. Plastik kütlələrin emalı sahəsinin avadanlıqları enerji tutumlu və köhnə olduğundan  yeniləşdirilməsi tələb olunur.

Digər əsas istehsal sahəsi elektrik avadanlıqlarının yığılması, keyfiyyət xarakteristikasının yoxlanması, standartlara uyğun işlərin görülməsidir. Bu sahənin də avadanlıqlarının yeniləşdirilməsinə ehtiyac  vardır.

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

 

  • avtomobil, dəmir yolu və hava limanının yaxınlığında yerləşməsi;
  • geniş istehsal infrastrukturuna malik olması;
  • ixtisaslı işçi heyətinin mövcudluğu;
  • ölkənin tikinti və energetika sahəsinin sürətlə artması;
  • istehsal olunan mallara böyük tələbatın olması və s.

    

Müəssisənin imkanları:

Vaxtilə müəssisə ölkənin ən iri şirkətləri olan SOCAR və “Azərişıq” ASC üçün sifarişlər yerinə yetirmiş və bu bazarı qismən də olsa qaytarmaq imkanı mövcuddur. “Bakı Elektroavtomat” ASC-yə investisiyalar yatırılacağı təqdirdə müəssisə fəaliyyətini genişləndirmək imkanlarına malik olacaqdır. Belə ki, bu investisiyalar en kəsiyi 10 mm2-dən 240 mm2-ə qədər olan mis, alüminium şinlərin, vərəqlərin, ucluqların və elektrik gilizlərin istehsalının təşkili, habelə tökmə işlərinin təkmilləşdirilməsi və xammal təminatının artırılmasına yönəldiləcəkdir.

Avadanlıqların istehsalına ildə 180-200 min ədəd olmaqla şin və alüminium ucluqlara, ayırıcılar üçün mis dodaqlara, elektrik gilizlərə ehtiyac var. Hal-hazırda bu tələbat ölkə xaricindən, MDB dövlətlərindən, Avropa və Asiya ölkələrindən külli miqdarda idxal olunan elektrik hissələri hesabına ödənilir. Bu isə daxildə istehsal olunan məhsulların maya dəyərinə təsir edərək qiymətlərin artmasına zəmin yaradır və istehsalda maya dəyərinin 70-75 faizini təşkil edir.

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:

İstehsal olunan elektrik avadanlıqlarının 90 faizi ölkə daxilində əsasən tikinti, energetika, neft, qaz və rabitə sənayesində, 10 faizi isə Türkmənistan, Gürcüstan və s. MDB dövlətlərinə ixrac olunmuşdur.

 

Əsas rəqiblər və onların bazardakı xüsusi çəkisi:

Müəssisənin daxili bazarda əsas rəqibi “Bakelektro” Açıq Səhmdar Cəmiyyətidir. Hazırda bazarın 75%-ə qədəri məhz bu cəmiyyətə məxsusdur. Bununla yanaşı bazarda xaricdən (Çin, Türkiyə, Almaniya, İtaliya və s.) idxal olunan məhsullar da vardır ki, onların bazardakı xüsusi çəkisi 10%-ə qədərdir.

 

 

 

 

 

 

 

 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png