az en

“Daşkəsən Filizsaflaşdırma” ASC

Ümumi məlumat:


Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma kombinatının tikintisinə Sankt Peterburqun Lengiproruda İnstitutunun layihəsi əsasında 1948-ci ildən başlamış və 1954-cü ildən isə müəsissə fəaliyyət göstərməyə başlamışdır. Kombinatın Saflaşdırma Fabriki 1954-1970-ci illərdə elektro-maqnit üsulu ilə quru halda dəmir filizi konsentratı istehsal etmişdir. 1970-1974-cü illərdə həm quru,həm də yaş üsulla ,1974-cü ildən isə elektromaqnit üsulu ilə dəmir filizi konsentratı istehsal olunmuşdur. Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı 1991-ci ilin sonuna qədər keçmiş SSRİ Metallurgiya Nazirliyinin tərkibində fəaliyyət göstərmiş , Nazirlik ləğv edildikdən sonra Azərbaycan Respublikası Əlvan metallurgiya istehsalı və emalı üzrə Dövlət Konserninin tərkibinə daxil edilmişdir.

Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra ,Azərbaycan Respublikası Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 219 saylı sərəncamı ilə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında "Daşkəsən Filizsaflaşdırma " ASC yaradılmışdır.
Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamı ilə "Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmişdir.

Müəssisənin yeri:

Müəssisə Gəncə şəhərindən 40 km cənubda yerləşir. Müəssisəyə gedən yollar asfaltla örtülmüşdür. Filizin çıxarıldığı stansiyadan əsas Gəncə-Tbilisi-Poti dəmiryoluna aparan Alabaşlı stansiyasına birbaşa dəmir yolu mövcuddur.

Ehtiyatlar:

Təsdiq olunmuş ehtiyatlar 270 milyon tondur. Filizin dəmir tərkibi yataqlar üzrə əsasən 35-45 % arasında dəyişir.

İstehsal prosesi:

Müəssisənin əsas fəaliyyəti dəmir filizi konsentratı istehsalıdır. Burada dəmir filizi istehsalat prosesindən keçəndən sonra 60 %-ə qədər zənginləşdirilir. Müəssisədə istehsal olunan konsentrat Asma Hava Kanat yolu ilə Quşçu dəmiryolu stansiyasına daşınır, oradan isə dəmiryolu vasitəsilə istehlakçılara göndərilir. Dəmir filizləri bu gun də sənayenin, iqtisadi inkisafın əsas dayaqlarından biri sayılır. “Daşkəsən filizsaflaşdırma” ASC Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisəsidir.


İstehsal gücü:

1963-cü ildən etibarən müəssisənin istehsal gücü artmağa başlamış və artım göstəriciləri aşağıdakı kimi olmuşdur:

Cədvəl 1.

Tarix İstehsal gücü
1963-cü il 2.2 milyon ton
1973-cü il 2.4 milyon ton
1983-cü il 2.6 milyon ton

İstehsalın pik həddi isə 3.1 milyon ton olmuşdur və 1977-ci ildə müşahidə edilmişdir. 1990-cı illərdə SSRİ-nin süqutu ilə bağlı müəssisənin istehsal həcmi nəzərəçarpacaq dərəcədə azalsa da, müstəqillik dövründə istehsal gücü bərpa edilmişdir. Son dövrlərdə müəssisənin istehsal gücü aylıq 30 min ton səviyyələrində olmuşdur. Qoyulacaq  investisiyalar nəticəsində istehsal həcmini aylıq 150 min tona qədər artırmaq mümkündür.

 

Özəlləşdirmədən sonra gözlənilən perspektivlər :

Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə prosesinə nüfuzlu məsləhətçi şirkət cəlb ediləcək. Aparılacaq ayrıntılı iqtisadi-texniki təhlillər və marektinq araşdırması nəticəsində “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus dəmir filizi mədənlərinin bazasında yerli xammala əsaslanan, idxalı əvəzləyəcək və ixrac potensiyalı olan polad məhsulların istehsalını təmin edəcək klasterin yaradılması istiqamətində investisiya qoyuluşlarına dair Şərtlər Toplusu hazırlanacaq.

Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə,Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Elan şərtləri ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

 

   

 

   

 

   

 

   

 

 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png