az en

“Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Mingəçevir Şüşə Lifi zavodu1965-ci ildə keçmiş SSRİ-ni şüşə lifi lenti ilə təchiz etmək məqsədi ilə yaradılmışdır. Fəaliyyətinin ilk illərində SSRİ-nin şüşə lifli lentlərə olan tələbatının 80%-ni təmin edirdi. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 2001-ci ildə zavodun bazasında “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisə sənaye və tikinti sahələrində istifadə edilən şüşə lifi, elektroizolyasiya, istilik izolyasiyası, şüşə parça, şüşə lentlər istehsal edirdi.

 

Müəssisənin fəaliyyət sahəsi:

Şüşə lifi, elektroizolyasiya, istilik izolyasiyası, şüşə parça, şüşə lentlər istehsalı və satışı

 

 

 

İstehsal olunan məhsulların adı və çeşidi:

Elektrik izolyasiyalı şüşə lifi parçaları, elektrik izolyasiyalı şüşə lifi lentləri, istilik keçirməyən şüşə lifi materialları, biristiqamətli şüşə saplar, qeyri-toxunma (toxunmayan) şüşə lifi materialları

Hazırkı istehsal həcmi:

Müəssisənin layihə istehsal gücü: şüşə lifi parçaları üzrə 8 milyon p. metr, şüşə lifi lentləri üzrə 3 200 ton, şüşə saplar üzrə 200 milyon p. metr olmuşdur. 2008-ci ildən müəssisə fəaliyyət göstərmir.

Nizamnamə kapitalı: 494 780 manat

Buraxılmış səhmlərin sayı:  247 390 ədəd

Səhmlərin növü:  adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri: 2 manat

Satılmış səhm zərfinin həcmi:  5 502 ədəd (2,22%)

Hazırda satılan səhm zərfinin həcmi:  241 888 ədəd (97,78%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilər.

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon) və paytaxta qədər məsafə:müəssisə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 108 ünvanında yerləşir. Bakı şəhərinədək olan məsafə 280 km təşkil edir.

Müəssisənin torpaq sahəsi:  6,98 ha

Müəssisənin tikilialtı sahəsi: 2.55 ha

İşçilərin sayı: 4

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə:müəssisəni şəhər dəmir yolu xətti ilə əlaqələndirən 2 km uzunluğunda özünün dəmir yolu və 1 km dalan dəmir yolu xətləri vardır. Müəssisədən Mingəçevir şəhəri dəmir yolu stansiyasınadək olan məsafə 7 km, Yevlax hava limanınadək olan məsafə 38 km, Gəncə hava limanınadək olan məsafə isə 92 km-dir. 

 

 

 

Xammal təminatı: əsas xammal Rusiya Federasiyasından alınır.

 

Əsas istehsal sahələri və onların qısa xarakteristikası: Müəssisədə 2 əsas, köməkçi sex və 4 köməkçi sahə fəaliyyət göstərmişdir. Elektrik sobaları sexində ikimərhələli metodla ilkin şüşə lifi istehsal edilirdi. Sex diametri 6-13 mikron, xətti sıxlığı isə 9,2-240 teks olan şüşə sapların hazırlanması üçün nəzərdə tutulmuşdur. Elektrik sobaları sexinin ümumi sahəsi 2940 m² təşkil edir.

Toxuculuq istehsalı sexində elektrik sobaları sexindən daxil olan şüşə sapların sonrakı emalı və hazır məhsulların istehsalı prosesi həyata keçirir. Sexin ümumi sahəsi 15342,5 m² təşkil edir.

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

  • avtomobil və dəmir yoluna yaxın olması, müəssisənin ərazisinə dalan dəmir yolunun keçməsi;
  • hava limanlarının yaxınlığında yerləşməsi;
  • geniş istehsal infrastrukturuna malik olması;
  • ixtisaslı işçi heyətinin mövcudluğu;
  • istehsal olunan mallara böyük tələbatın olması və s. 

 

Müəssisənin imkanları: Hazırda ölkənin sənaye sahələrində, tikintidə və məişətdə elektroizolyasiya, lifli istilik izolyasiyası, hidroizolyasiya təyinatlı şüşə parçalar və elektrik mühərriklərinin daxili sarğılarının izolyasiyası üçün  şüşə lentlərə böyük tələbat vardır. Müəssisənin istehsal gücünü nəzərə alaraq yeni texnologiyaların tətbiqi nəticəsində bu göstəriciləri həm kəmiyyət, həm də keyfiyyət baxımından artırmaq mümkündür.

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi: Müəssisə həm ölkədə, həm də Zaqafqaziyada bu sahədə ixtisaslaşmış yeganə istehsal sahəsidir. Lakin, hazırda fəaliyyətini dayandırdığı üçün bazardakı yerini müxtəlif ölkələrdən gətirilmiş məhsullar tutur. Bu tip məhsulların ölkəyə idxalının həcmi təxminən milyonlarla ABŞ dolları olduğunu nəzərə alaraq, yeni texnologiyaların tətbiqi və istehsal prosesinə başlanacağı təqdirdə bazarda mühüm yer tutmaq mümkündür.

 

 

Əsas rəqiblər və onların bazardakı xüsusi çəkisi:

Hazırda ölkə bazarında elektroizolyasiya, lifli istilik izolyasiyası, hidroizolyasiya təyinatlı şüşə parçalar və elektrik mühərriklərinin daxili sarğılarının izolyasiyası üçün şüşə lentlərə olan tələbatı əsasən Rusiya Federasiyasının, Çin Xalq Respublikasının və Türkiyə Respublikasının müxtəlif şirkətlərinin istehsal etdikləri məhsullar tutur. 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Elan şərtləri ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png