az en

“Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:  

“Bakı Dəzgahqayırma” ASC “Azərdəzgahsənaye” İstehsalat Birliyinin baş müəssisəsi olan Bakı dəzgahqayırma zavodunun əsasında yaradılmışdır. Zavod 1982-ci ildən istismara verilmişdir. O zaman üç zavoddan ibarət olan bu müəssisə Azərbaycanda mexaniki dəzgahlar istehsal edən ən iri müəssisə olmuşdur. Müəssisə oyucu, dəlmə dəzgahlar, xüsusi təyinatlı dəzgahlar və müxtəlif tipli metal ehtiyat hissələrinin istehsalı, təmir avadanlıqlarının hazırlanması üzrə ixtisaslaşmışdır. Müəssisənin illik istehsal gücü 120 mexaniki dəzgaha bərabər olmuşdur. Müəssisə tam həcmdə fəaliyyət göstərdiyi illərdə burada 850 işçi çalışmışdır. 1989-cu ildə müəssisədə əsaslı təmir işləri həyata keçirilmiş, bir sıra yeni avadanlıqlar (proqramla idarə olunan dəzgahlar) quraşdırılmışdır.

 

 

 

Müəssisənin fəaliyyət sahəsi: Metal kəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalı

 

İstehsal olunan məhsulların adı və çeşidi: Ovucu, dəlmə dəzgahlar, xüsusi təyinatlı dəzgahlar və müxtəlif tipli metal ehtiyat hissələri

Hazırkı istehsal həcmi: hazırda müəssisə yalnız kiçik həcmi sifarişlər olduqda fəaliyyət göstərir

Nizamnamə kapitalı:  1 522 110 manat

Buraxılmış səhmlərin sayı:  761 055 ədəd

Bir səhmin nominal dəyəri:  2 manat

Səhmlərin növü:  adi, sənədsiz adlı

Satılmış səhm zərfinin həcmi:  2 688 ədəd(0,35%)

Hazırda satılan səhm zərfinin həcmi:  758 367 ədəd(99,65%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

Müəssisənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 114

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə:müəssisə bütün nəqliyyat qovşaqlarına əlverişli çıxışlara malikdir: Beynəlxalq hava limanına – 35 km; dəniz limanına – 18 km.

 

 

 

Xammal təminatı:  Əsas xammal daxili bazardan əldə olunur

İşçilərin sayı:  29 nəfər

Müəssisənin torpaq sahəsi:  5,4 ha

Müəssisənin tikilialtı sahəsi:  1,8 ha

 

Əsas istehsal sahələri və vəsaitlərin qısa xarakteristikası:

Müəssisənin binalarının ümumi sahəsi təqribən 19 000 kv. metr təşkil edir bunlara bir neçə sex, inzibati bina, yeməkxana və s. daxildir. Səhmdar cəmiyyətinin balansında torna dəzgahı, torna vint kəsən dəzgah, konsullu frezer dəzgahı, şaquli burğu dəzgahı, ekskavator, traktor  və s. dəzgah, maşın və mexanizmlər vardır. Fəaliyyət göstərdiyi dövrdə yeni istehsal sahəsinin tikilməsi daxil olmaqla, yeni rəqəmli proqramla idarə olunan dəzgahlar quraşdırılmış, lakin hazırda onlar fiziki və mənəvi cəhətdən aşınmışdır.  

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

  • müəssisənin müxtəlif mexaniki dəzgahların istehsalında təcrübəsinin olması;
  • geniş əraziyə malik olması;
  • böyük dəzgahlar parkının olması;
  • əlverişli avtomobil və dəmiryolu qovşağında yerləşməsi;
  • mühəndis infrastrukturunun olması.

 

Müəssisənin imkanları:

Səhmdar cəmiyyətinin Azərbaycanda rəqibinin olmadığını nəzərə alaraq, onun inkişaf perspektivinə malik olduğunu qeyd etmək olar. Müəssisədə çoxlu sayda rəqəmli proqramla idarə olunan dəzgahlar vardır və metaldan geniş çeşiddə ehtiyat hissələri istehsal edə bilər. Həmçinin, müəssisədə elektrik mühərrikləri və elektrik hissələr istisna olmaqla, maşın və dəzgahların bütün hissələri istehsal oluna bilər. Mövcud  avadanlıq mənəvi və fiziki cəhətdən aşınsa da, bəzilərinin minimal məsrəflərlə təmir olunaraq istifadə edilməsi mümkündür. Müəssisə neft maşınqayırması sənayesindən sifarişlər ala bilsə, habelə istifadə edilməyən bəzi bina və avadanlıqların icarəyə verə bilsə maliyyə vəziyyəti müəyyən qədər sağlamlaşa bilər.

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:

Dəzgahqayırma avadanlığı üzrə hazırda Azərbaycanda yerli bazar demək olar ki, mövcud deyildir. Baxmayaraq ki, müəssisə dəzgahlarını Türkiyə, Çex Respublikası, Polşa kimi ölkələrə ixrac edirdi, hazırda o özünün ixrac bazarını tamamilə itirmişdir. Müəssisə öz məhsullarını Rusiya Federasiyasına çətinliklə ixrac edə bilir, çünki Rusiya öz dəzgahqayırma müəssisələrini çevik tarif siyasəti hesabına qoruyur. İxrac bazarlarına qayıtmaq üçün reklam və marketinq tədbirlərinə investisiyalar tələb olunacaqdır.

 

Əsas rəqiblər və onların bazardakı xüsusi çəkisi:

Müəssisə Azərbaycanda dəzgah istehsal edən yeganə zavoddur. Sovet İttifaqı mövcud olan zaman Rusiyada eyni tipli mexaniki dəzgahlar istehsal edən bir neçə zavod var idi. Hazırda Azərbaycanda yerli dəzgahlar bazarı, demək olar ki, mövcud deyildir. Müəssisəyə qoyulacaq investisiya Azərbaycanda bu sahənin inkişafına təkan verəcəkdir.

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08  (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png