az en

“Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Müəssisə 1954-cü ildə “Kaspromstroy” adı altında yaradılmışdır. 1971-ci ildə müəssisə “Azərnəqliyyatyoltikinti” trestinə çevrilmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkəti adlandırılmış, 1998-ci ildə isə “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında “Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 2005-ci ildən müəssisənin fəaliyyəti dayanmışdır.

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

                

Müəssisənin fəaliyyət sahəsi:   Tikinti, quraşdırma, bərpa təmir işləri

 

Göstərilən xidmətlərin adı və çeşidi: Müəssisə “Azərbaycan” mehmanxanası, “Prezident Aparatı”nın binası, “Aerovağzal” kompleksi, “Dəniz vağzalı”, Milli Məclis üçün yaşayış binası, “Dərin Özüllər Zavodu”nun binasının və sair çoxsaylı yaşayış binalarının tikintisini həyata keçirmişdir. Xəzər dənizində hidrotexniki qurğular, gəmilər üçün dayanacaqlar, tərsanələr, Bakı dənizkənarı bulvarı, dənizkənarı sahil bərkitmə işlərini və o cümlədən, Xəzər dənizinin Qazaxıstan, Dağıstan, Türkmənistana aid olan hissələrində hidrotexniki qurğuların tikintisini də müvəffəqiyyətlə yerinə yetirmişdir.

 

Hazırkı istehsal həcmi:  Hal-hazırda müəssisə fəaliyyət göstərmir.

Nizamnamə kapitalı (manat):  5 906 036 manat

Buraxılmış səhmlərin sayı:  2 953 018 ədəd

Səhmin növü:  adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 manat

Hazırda satılan səhm zərfinin həcmi:  1 939 002 ədəd (65,66%)

İşçilərin sayı:  3 nəfər

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):  heç bir məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

 

Müəssisənin ünvanı:  Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti,161B.

 

 

     

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə:  müəssisə bütün nəqliyyat qovşaqlarına yaxın məsafədə yerləşir.

 

Müəssisənin torpaq sahəsi: 10 ha

Müəssisənin tikilialtı sahəsi: 1.1 ha

    

Sahə 1.   

 

Sahə 2.

 

Sahə 3.

 

Əsas istehsal sahələri və onların qısa xarakteristikası:

Tikililərə inzibati bina, sexlər, anbarlar və digər tikililər aiddir. Əsas fondların əksər hissəsi fiziki və mənəvi aşınmaya məruz qalmışdır.

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

  • ucuz işçi qüvvəsi və onun qısa müddətdə səfərbər edilməsi imkanları;
  • ölkənin nəqliyyat-yol infrastrukturunun inkişafı sahəsində geniş planların olması;
  •       yol-tikinti sahəsində uzunmüddətli fəaliyyət təcrübəsi.

 

Müəssisənin imkanları:

Azərbaycan 2000-ci ilin ortalarından bəri kompleks şəkildə yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına başlamışdır. Paytaxtda əhalinin sayının artması və nəqliyyatın intensivliyinin yüksəlməsi yeni körpü, tunel və keçidlərin tikintisini də zəruri etmişdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, “Avropa-Asiya” “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin ölkədən keçməsi, qədim İpək yolunun üzərində yerləşməsi, modern nəqliyyat infrastrukturunun yaradılması istiqamətində irimiqyaslı layihələrin həyata keçirilməsi də yol-nəqliyyat tikintisi biznesinin genişlənməsi və inkişafına şərait yaradacaq amillərdir.

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:

Müəssisə hazırda fəaliyyət göstərmədiyi üçün bazarda xüsusi paya malik deyildir. Lakin tam gücü ilə fəaliyyət göstərdiyi dövrdə müəssisə öz tikinti xidmətlərinin keçmiş SSRİ məkanı ölkələrinə də ixrac etmişdir. Müəssisə satınalmalarda daha fəal iştirak etmək yolu ilə özünə müəyyən bazarlar tapa bilər. 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png