az en

“Azərenerjitikintiquraşdırma” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Müəssisə 1939-cu ildə fəaliyyətə başlamış, 1969-1991-ci illərdə “Azərenerjitikinti” Tresti adı ilə fəaliyyət göstərmişdir. 1993-cü ildə “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkəti yaradılmış və 1998-ci ildə həmin şirkətin bazasında “Azərenerjitikintiquraşdırma” açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. Bu müəssisə respublikada energetika tikintisi sahəsində ixtisaslaşmış təşkilat olmuşdur. Son 30 ildə müəssisə tərəfindən 4 su elektrik stansiyası və 1 dövlət rayon elektrik stansiyası (DRES) tikilmişdir. Müəssisə eyni zamanda bir çox keçmiş SSRİ respublikalarında DRES-lərin tikintisini həyata keçirmiş, Kuba, Yəmən, Vyetman, Suriya və digər ölkələrdə istilik və atom elektrik stansiyalarının tikintisində iştirak etmişdir.  

               

          

 

 

 

Müəssisənin fəaliyyət sahəsi:  enerji sektorunda tikinti quraşdırma işlərinin görülməsi, yüksək və aşağıgərginlikli elektrik xətlərinin tikintisi, enerji stansiyalarının quraşdırılması

 

Göstərilən xidmətlərin adı və çeşidi: təmir-tikinti və quraşdırma işləri

Hazırkı fəaliyyəti:  hazırda müəssisə fəaliyyət göstərmir.

Nizamnamə kapitalı:  1 446 200 manat

Buraxılmış səhmlərin sayı:  723 100 ədəd

Səhmin növü:   adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 manat

Hazırda satılan səhm zərfinin həcmi:  475 857 ədəd (65,81%)

İşçilərin sayı:  12 nəfər    

Müəssisənin torpaq sahəsi:  10 ha

Müəssisənin tikilialtı sahəsi: 3.1 ha

 

 

 

Şəmkir idarəsi

 

 

   

Xətai sahəsi                                                                                                                                            

 

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):  heç bir məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

Müəssisənin ünvanı:  Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 94

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə:  müəssisə bütün nəqliyyat qovşaqlarına yaxın məsafədə yerləşir.

 

 

 

  

Əsas istehsal (xidmət) sahələri və onların qısa xarakteristikası:  əssisəyə məxsus tikililər müxtəlif illərdə inşa edilmişdir. Tikililərdən başqa müəssisənin balansında tikinti avadanlıqlar və avtonəqliyyat vasitələri vardır.

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

 

  • elektroenergetika sahəsində əhəmiyyətli təcrübənin olması;
  • ucuz işçi qüvvəsi və onun qısa müddətdə səfərbər edilməsi imkanları;
  • ölkənin elektroenergetika sektorunda yenidənqurma və modernləşmə sahəsində geniş planların olması.

 

Müəssisənin imkanları:

Bölgələrdə yeni elektrik stansiyalarının inşa edilməsi ilə bərabər, mövcud olanların da modernləşdirilməsi prosesi davam edir. İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsi qarşıya qoyulmuş prioritetlərdən biridir. Məhz bu səbəbdən elektroenergetika sahəsində təmir-tikinti işlərinə tələbatın növbəti illər üçün də davamlı olacağını demək mümkündür.

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:

Müəssisə hal-hazırda fəaliyyət göstərmədiyi üçün bazarda xüsusi yerə malik deyildir. Lakin tam gücü ilə fəaliyyət göstərdiyi dövrdə onun 2000-ə yaxın işçisi olmuş və eyni zamanda müəssisə öz xidmətlərini keçmiş SSRİ respublikalarına da ixrac etmişdir. Müəssisə satınalmalarda daha fəal iştirak etmək yolu ilə özünə müəyyən bazarlar tapa bilər. 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png