az en

"TİBB TEXNİKASININ TƏMİRİ ZAVODU" ASC

Müəssisə haqqında qısa məlumat:

“Tibb Texnikasının Təmiri və Quraşdırma Baza Zavodu” (müəssisə) 1969-cu ildə yaradılmış və müalicə profilaktika, elmi-tədqiqat, sanitar-epidemioloji və başqa müəssisələrdə istismar olunan tibb avadanlıqlarına kompleks şəkildə texniki xidmət, təmir və quraşdırma işlərinin yerinə yetirilməsi üzrə ixtisaslaşmışdır.

Müəssisənin fəaliyyət sahəsi: 

-        Tibbi, məişət, orqtexnika və digər texniki avadanlıqlara kompleks texniki xidmətin göstərilməsi, onların quraşdırılması və təmiri;

-        Səhiyyə müəssisələrinin personalına texniki kömək məqsədi ilə tibbi, məişət və digər avadanlıqların istismar qaydaları üzrə təlimin keçirilməsi;

-        Şüa diaqnostikası kabinetlərində normativ sənədlərə uyğun stasionar və digər şüaqoruyucu sistemlərin quraşdırması;

-        Uzun müddət istismarda olmuş tibbi, məişət və digər texniki avadanlıqların vəziyyəti haqqında texniki rəylərin verilməsi;

-        Tibbi oksigen və azotun istehsalı və s.

İstehsal olunan məhsulların adı və çeşidi: 

Tibbi, məişət, orqtexnika və digər texniki avadanlıqlara kompleks texniki xidmətin göstərilməsi, onların quraşdırılması və təmiri.

Nizamnamə kapitalı: 1 850 000 manat.

Buraxılmış səhmlərin sayı: 925 000 ədəd.

Səhmlərin növü:  adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 manat

Satılmış səhm zərfinin həcmi: 2 472 (0,27%)

Hazırda satılan səhm zərfinin həcmi:  922 528 ədəd (99,73%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):  hər hansı məhdudiyyət yoxdur.

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon): Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küç, 14

Müəssisənin torpaq sahəsi: 0,76 ha

Müəssisənin tikilialtı sahəsi: 3 033,5 m2

İşçilərin sayı: 58 nəfər

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə:  Müəssisə Bakı-Sabunçu dəmir yolu xəttinin 34 metrliyində, Heydər Əliyev prospektinə isə 2,8 km məsafədə yerləşir.

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

  • geniş istehsal infrastrukturuna malik olması;
  • ixtisaslı işçi heyətinin mövcudluğu;
  • müəssisənin istehsal sahəsinin ölkədə inkişaf etdirilən sahələrdən biri olması.

Əsas istehsal sahələri və onların qısa xarakteristikası: “Tibb Texnikasının Təmiri Zavodu” Açıq  Səhmdar Cəmiyyətinin balansında 4 mərtəbəli idarə binası, 2 mərtəbəli tikili, su anbarı, istehsal, transformator, oksigen, yeməkxana, anbar, mühafizəçi binaları və istehsalat üçün digər qurğu və avadanlıqlar vardır.

Müəssisənin imkanları: Müəssisədə tibbi, məişət, və digər texniki avadanlıqlara kompleks texniki xidmətin göstərilməsi, onların quraşdırılması və təmiri üçün hər bir şəraiti vardır. Səhiyyə müəssisələrinin ölkə ərazisində inkişafı, habelə bu sahəyə böyük tələbatın olduğunu nəzərə alaraq, müəssisədə yenidənqurma və təmir-bərpa işlərinin aparılması, o cümlədən yeni texnologiyaların tətbiqi nəticəsində “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin fəaliyyətinin tam olaraq bərpası və rəqabət qabiliyyətli müəssisəyə çevrilməsi mümkündür.

Qeyd: Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 810).

      

 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png