az en

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİNİN 6 SAYLI HAMAMI

Obyekt haqqında qısa məlumat:

Şəki şəhərinin mərkəzində yerləşən, yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan 6 saylı hamam (obyekt) 1896-cı ildə inşa edilmişdir. Obyekt hal-hazırda qismən fəaliyyət göstərir.

Obyektin fəaliyyət sahəsi:

yerli sakinlərə, eləcə də şəhərə gələn qonaqlara mədəni xidmətin göstərilməsi.

Obyektin torpaq sahəsi:  0,047 ha

Obyektin tikilialtı sahəsi:220,6 m2

İşçilərin sayı: 3 nəfər

Obyektin yerləşdiyi ərazi (şəhər, rayon) və paytaxta qədər olan məsafə:

Obyekt Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 947 və 925E ünvanlarında yerləşir. Bakı şəhərinədək olan məsafə 352 km təşkil edir.

Əsas istehsal sahələri və onların qısa xarakteristikası:

Yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan 6 saylı hamam əsas və yardımçı binadan, qazanxana binasından, hovuzdan, hasardan və tüstü bacasından ibarətdir.

İnvestisiya qoyuluşu üçün obyektin üstün cəhətləri:

  • Şəhərin mərkəzində yerləşməsi;
  • Geniş xidmət infrastrukturuna malik olması;
  • Təklif olunan xidmət sahəsinə tələbatın olması və s. 

Obyektin imkanları: Şəki şəhərinə turist axınının yüksək olması, obyektin şəhər mərkəzində yerləşməsi, hamamın binasının tarixi memarlıq abidəsi olması yerli əhali, o cümlədən turistlərin marağına səbəb olur. Bu baxımdan mövcud tikili və qurğuların bərpası (binanın tarixi memarlıq üslubu saxlanılmaq şərti ilə) və ya yeni tikililərin inşası, eləcə də əlavə xidmət sahələrinin yaradılması nəticəsində obyektin fəaliyyətinin bərpası və daha çox gəlir imkanının yaranmasına gətirib çıxaracaqdır.

Qeyd: Obyektə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

      

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png