az en

“ZEYXUR” Kiçik Su Elektrik Stansiyası

Müəssisə haqqında qısa məlumat:

“Zeyxur” Kiçik Su Elektrik Stansiyası (KSES) Qusar rayonu, Yuxarı Zeyxur kəndinin ərazisində yerləşir. “Zeyxur” KSES 1972-ci ildə inşa edilmişdir. Hal-hazırda fəaliyyət göstərmir.Müəssisənin ümumi torpaq sahəsi 1 ha olmaqla, 824,6 m2 ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri yaşayış sahəsindən ibarətdir.

Müəssisənin fəaliyyət sahəsi:

Müəssisə kompleks təyinatlı derivasiya tiplidir və əsas fəaliyyət növü elektrik enerjisinin istehsalı və satışından ibarətdir. 

Təyin edilmiş gücü: 8,75 MVt

Müəssisənin torpaq sahəsi:  1 ha

Müəssisənin tikilialtı sahəsi: 824,6 m2

İşçilərin sayı: yoxdur

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon) və paytaxta qədər məsafə:

Müəssisə Qusar rayonu, Yuxarı Zeyxur kəndində yerləşir. Bakı şəhərinədək olan məsafə 215 km təşkil edir.

Suyun qəbul edilməsi: Samur çayından

Əsas istehsal sahələri və onların qısa xarakteristikası: Qurğuların tərkibi: baş su qəbuledici qurğu, derivasiya kanalı, SES-in su qəbul edən qurğusu, SES-in binası, aparıcı kanal, elektrik yarımstansiyası. Qurğuların vəziyyəti qeyri-işləkdir. Gətirici kanal trapesiya şəkillidir və uzunluğu 2 km təşkil edir. Baş su qəbuledici qurğu, bəndçəkmə dambaları və su qəbul edən dəlikdən ibarətdir. Su duruldan qurğu qənaətbəxş vəziyyətdədir.

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

  • Müəssisənin əlverişli strateji məntəqədə yerləşməsi;
  • Elektrik enerjisinə böyük tələbatın olması;
  • geniş istehsal infrastrukturuna malik olması;
  • ixtisaslı işçi heyətinin mövcudluğu.

Müəssisənin imkanları: Müəssisədə yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni inzibati binanın tikilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, abadlıq işlərinin, habelə yeni texnologiyaların tətbiqi nəticəsində “Zeyxur” Kiçik Su Elekktrik Stansiyasının fəaliyyətinin bərpası və 5 Mvt elektrik enerjisinin alınması mümkündür.

Qeyd: Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 810)

              

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png