az en

“Ceyranbatan Dəmir Beton” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Müəssisə 1965-ci ildə istismara verilmişdir. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 2011-ci ildə “Azərsutikinti” açıq səhmdar cəmiyyətinin tabeliyində olan Ceyranbatan Sənaye törəmə müəssisəsinin bazasında “Ceyranbatan Dəmir Beton” ASC yaradılmışdır. Müəssisə dəmir-beton məmulatlarının istehsalı və satışı sahəsində ixtisaslaşır.

 

Müəssisənin fəaliyyət sahəsi: dəmir-beton məmulatlarının istehsalı və satışı

İstehsal olunan məhsulların adı və çeşidi: hazırda müəssisə fəaliyyət göstərmədiyi üçün məhsul istehsal olunmur.

Nizamnamə kapitalı: 1 057 770 manat

Buraxılmış səhmlərin sayı: 528 885 ədəd

Səhmlərin növü:  adi, sənədsiz adlı

Bir səhmin nominal dəyəri:  2 manat

Satılmış səhm zərfinin həcmi: 4 084 (0,77%)

Hazırda satılan səhm zərfinin həcmi: 524 801 ədəd (99,23%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa):  hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

 

 

 

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon): Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur küçəsi, 1.

Müəssisənin torpaq sahəsi: 6,43 ha

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə: Bakı-Sumqayıt şosesinin yaxınlığında yerləşir, müəssisənin yaxınlığından dəmir yolu xətti keçir, Bakı Dəniz Limanına olan məsafə 50 km, Bakı Hava Limanına olan məsafə 54 km-dir.

Xammal təminatı:

Müəssisənin xammala olan tələbatı ölkə daxili təbii resurslar və ölkə daxilində istehsal olunan materiallar hesabına ödənilirdi.

Əsas istehsal sahələri və onların qısa xarakteristikası:

Beton məmulatlarının hazırlanması və satışını həyata keçirmişdir. Əsasən binaların üstünə qoyulan və içərisində 15–20 sm-lik diametrdə dəlik olan, uzunluğu 6 metr, eni 1 metr təşkil edən beton plitələrin istehsalı ilə məşğul olmuşdur.

 

 

 

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

 

  •      ölkədə infrastruktur layihələri üçün münbit şəraitin yaradılması;

  •      yeni inzibati və yaşayış binaların tikintisinə ehtiyacın artması;

  •      ərazinin əlverişli olması (dəmiryolu və avtomobil yollarına yaxın yerləşməsi);

  •      kommunikasiya xətləri ilə təmin olunması.

 

Müəssisənin imkanları:  “Ceyranbatan Dəmir Beton” açıq  səhmdar cəmiyyətinin balansında inzibati bina, yeməkxana binası, mərkəzi anbar və klub, xidmət blokları, 2 mərtəbəli istehsalat binası, laboratoriya binası və istehsalat üçün digər qurğu və avadanlıqları vardır. Ölkədə genişmiqyaslı və çoxsahəli tikinti işlərinin aparılması, yeni inzibati binaların, yaşayış binalarının, yol ötürücü qovşaqlarının, kommunikasiya və infrastruktur qurğularının inşasının davamlı artımı bu sahəyə sərmayə qoyuluşunu cəlbedici edir. Bu baxımdan “Ceyranbatan Dəmir Beton” ASC-yə investisiyaların qoyulması nəticəsində yüksək gəlir əldə etmək imkanı yaranır.     

 

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:  Hal-hazırda müəssisə fəaliyyət göstərmədiyi üçün bazarda heç bir çəkisi yoxdur. Hazırda tiikintilər əsasən monolit üsulla aparıldığına görə müəssisədə istehsal olunan beton pilitələr tələb olunur. Beton pilitələrin sifarişi olduğu halda müəssisənin fəaliyyətini təmin etmək mümkündür. 

 

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün  aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png