az en

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycanın coğrafi mövqeyi

Hazırda Azərbaycan Respublikasının ümumi sahəsi 86,6 min km2-dir ki, bunun da 20%-i Ermənistan tərəfindən işğal olunub. Azərbaycan şimaldan cənuba – 400 km, qərbdən şərqə – 500 km uzanır. Azərbaycan Ispaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya ilə eyni coğrafi enlikdədir.

Ucqar nöqtələri:

  1. Şimalda – Quton dağı
  2. Cənubda- Astara çay
  3. Qərbdə- Candargöl və ya Sədərək qəsəbəsi.
  4. Şərqdə – Neft daşları (və ya Şahdili burnu).

Sərhədlərinin ümumi uzunluğu 3472 km olub, 5 ölkə ilə həmsərhəddir:

  1. Şimalda – Rusiya ilə (390 km) – Baş Qafqaz Suayrıcı silsiləsi, Samur çayı, Sudur silsiləsi;
  2. Şimal-qərbdə – Gürcüstan ilə (480 km) Alazan (Qanıx) və Iori (Qabırrı) çay dərələri boyu;
  3. Qərbdə – Ermənistan ilə (1007 km) Murğuz, Şahdağ, Şərqi Göyçə, Mehri silsilələri, Qarabağ vulkanik yaylası. O cümlədən 224 km məsafədə Dərələyəz və Zəngəzur silsilələri boyunca Naxçıvanla həmsərhəddir;
  4. Cənub-qərbdə – Türkiyə ilə (15 km) Araz çayı ilə;
  5. Cənubda – Iranla (765 km) Talış dağları, Araz, Astara va Bolqarçayla həmsərhədlənib.
  6. Şərqdə – 825 km – Xəzərdə əhatələnib. Burada o, Qazaxıstan, Türkmənistan, Rusiya və Iranla sərhədlənib.

Azərbaycana Pirallahı, Çilov, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Gil Zirə, Səngi Muöan, Zənbil adaları, Bakı və Abşeron arxipelaqları, Sarı, Kürdili yarımadaları aiddir. Xəzərin səviyyəsinin artması ilə əlaqədar Sarı və Kürdili yarımadaları adaya çevrilib.

Azərbaycan Avropa və Asiya qitələrinin sərhəddində, Şimal və Şərq yarımadalarında yerləşir. Azərbaycan materik daxili, lakin dəniz sahili mövqeyə malikdir. Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsi ilə Atlantik okeanına, Baltik-Ağ dəniz kanalı ilə isə Şimal Buzlu okeanına çıxa bilir.

Azərbaycanın iqlimi

Respublikamızın ərazisində 9 iqlim tipi mövcuddur. İqlim və ya aqroiqlim ehtiyatları deyərkən iqlim elementlərinin iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində istifadə olunan maddi və enerji miqdarı başa düşülür. Bu ərazidə 82 adda və növdə torpaqlar yayılmışdır. Ölkəmizin vahid torpaq fondunun sahəsi 8641,5 min ha olub təyinatına görə 7 kateqoriyaya bölünür. Kənd təsərüfatına yararlı torpaqlar – 4745,6 min ha, şumluq torpaqlar – 1835,7 min ha, otlaqlar və biçənəklər – 2682,9 min ha, xüsusi qorunan ərazilərin torpaqları – 193,7 min ha təşkil edir. Respublikanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları yaradır. Azərbaycanın formalaşmış və tanınmış əsas kurortları Abşeron (Bilgəh, Buzovna, Zağulba), İstisu (balneoteropevtik kurort), Lənkəran (iqlim-balneoterapevtik dəniz sahili kurortu) və Naftalanda (balneoterapevtik kurortu) yerləşir. O cümlədən, ölkəmizdə müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir. Həmçinin günəşli çimərliklərlə zəngin Abşeron, çoz nadir meşə-dəniz kompleksi olan Nabran-Yalama zonası, mülayim iqlimi, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu kurortu, zəngin kükürdlü mədən suları və dəniz-dağ iqlimli Lənkəran-Astara zonası, təbiətdə nadir tapılan mədən suyu, əlverişli iqlim şəraiti olan Qalaaltı kurortu, Gəncə-Hacıkənd-Göy-Göl, Quba-Xaçmaz-Nabran, Zaqatala-Şəki zonaları, müxtəlif tərkibli bol mədən suları və müalicəvi duz mağaraları ilə zəngin Naxçıvan və s. Bəzi məlumatlara əsasən Respublika ərazisində 12000 turizm-rekreasiya, balneoloji komplekslər mövcuddur.

Azərbaycanın faydalı qazıntıları

Azərbaycanda faydalı qazıntıların zənginliyi geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır. Azərbaycan mineral və aqroiqlim ehtiyatları ilə yaxşı şirin su, torpaq və meşə ehtiyatları ilə isə zəif təmin olunmuşdur. Azərbaycanın iqtisadi cəhətdən ən əhəmiyyətli təbii ehtiyatları  neft, qaz, metal filizləri, aqroiqlim və torpaqdır. Azərbaycan -neft, dəmir filizi, alunit ehtiyatına görə Zaqafqaziyada 1-ci yeri tutur.
Azərbaycanın 2/3 hissəsi (70%-i) neftli-qazlıdır. Əsas yataqları Abşeron-Qobustanda, Xəzərin şelf bölgəsində, Cənub-Şərqi Şirvanda, Acınohur-Ceyrançöldədir. Azərbaycan nefti Kaynozoy yaşlı çökmə süxurlarda yayılıb. Lakin Muradxanlı (Kür-Arazda) yatağındakı neft Mezozoy erasının vulkanik süxurlarında aşkar edilib. Naftalanda – dünyada yeganə müalicəvi və yanmayan neft var. Son illərdə Xəzərdə Azəri, Çıraq, Günəşli və s. yeni neft yataqları tapılıb. Əsas qaz yataqları Qaradağ, Zirə, Gürgan, Xəzərin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Neft və qaz 3000 m-dən dərində hasil edilir. Ismayillı və Qobustanda yanar şist ehtiyatları vardır.

Filiz faydalı qazıntılar dağlıq ərazilərin maqmatik süxurlarında, K.Qafqazın şimal yamacındakı «Azərbaycan Uralındadır». Ərazinin belə adlandırılmasının səbəbi Ural dağlarında olduğu kimi burada da zəngin filiz yataqlarının olmasıdır. Burada dəmir filizi (Daşkəsən, Qafqazın ən iri yatağıdır), alunit (Zəylik, Dünyada Çindən sonra 2-ci böyük yataq), mis (Gədəbəy, Kəlbəcər), qızıl (Kəlbəcər və Zəngilanda), civə (Naxçıvan və Kəlbəcərdəki Ağyataq və Şorbulaq yataqları) mövcuddur. Azərbaycanda 3 polimetal filiz yatağı var: Gümüşlü (Naxçıvan), Mehmana (Ağdərə), Filizçay (Balakən).Naxçıvandakı Parağaçay yatağında-molibden, volfram çıxarılır.

Qeyri-filiz faydalı qazıntıları düzənliklərin çökmə süxurlarında geniş yayılıb. Abşeron, Qobustan, Tovuz, Daş Salahlı, Zəyəm və Ağdamda əhəng daşı; Kəlbəcər və Şahtaxtı (Naxçıvan) travertin; Daşkəsəndə mərmər; Yuxarı Ağcakənddə gips, Tovuzda-seolit, Abşeron vəNaxçıvanda (Nehrəm) xörək duzu yataqları, eyni zamanda Neftçala, Mişovdağ, Babazənən, Böyükşor (Abşeronda) yodlu-bromlu su yataqları var..

Mineral bulaqlar. Kəlbəcərdə Istisu; Naxçıvanda Sirab, Badamlı, Vayxır; Abşeronda Suraxanı və Sıx; Dəvəçidə Qalaalti; Qaxda Ilisu; Qubada Xaltan, Cimi, Xaşı; Şuşada Turşsu və Şırlan mineral suları var. Bundan başqa Azərbaycanda çoxlu termal (isti) su ehtiyatları da vardır. Məs. Kür-Araz ovalığında çıxan termal suların temperaturu 150°C, Istisu mineral bulağında isə 60°-80°C-dir.

http://kayzen.az/

https://az.wikipedia.org

http://kayzen.az/

http://azerbaijan.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png