az en

Azərbaycan Iqtisadiyyatı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı

2015-ci ildə ÜDM-in real artım tempi 1.1% təşkil etmiş və cari qiymətlərlə 54.4 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5703.7 manat (5558.7 ABŞ dolları) təşkil etmişdir.

Qrafik 1

2015-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 1.1% artması ilə nəticələnmişdir. Belə ki, 2014-cü ilə nisbətən 2015-ci ildə rabitə sahəsi 6.8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 14.0%, ticarət sahəsi 10.9%, kənd təsərrüfatı isə 6.6% artmışdır.

2015-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15957.0 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 56.0%-ni daxili investisiyalar, 44.0%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2015-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 8796.3 milyon manatı (55.1%-i) qeyri-neft bölməsinin, 7160.7 milyon manatı (44.9%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir. 2015-ci ilin 1 dekabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi 2014-cü ilin 1 dekabr tarixinə nisbətən 3.3% artaraq 18744.3 mln. manat təşkil etmişdir (2014-cü ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 19.1% olmuşdur). 2015-ci ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri 7089.5 milyon manat təşkil etmişdir.

2015-ci ildə əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artaraq 34295.1 mln. manata bərabər olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 10.9%, pullu xidmətlərin həcmi isə 5.1% artmışdır. 2015-ci il ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 12.9 milyard manatlıq ərzaq məhsulları və 12.8 milyard manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 10.1% və 12.8% artmışdır.

2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4.5% artaraq 462.0 manat təşkil etmişdir. 2015-ci ildə əhalinin hər nəfərinə düşən gəlirləri isə 4.5% artaraq 4380.1 manata çatmışdır.

2015-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 18.8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 10.6 mlrd. ABŞ dolları, idxal isə 8.2 mlrd. ABŞ dolları olmaqla 2.4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

http://economy.gov.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png