az en

Azərbaycan haqqında məlumat

Azərbaycan haqqında

Ümumi məlumat

Dövlətin rəsmi adı: Azərbaycan Respublikası

Azərbaycanın dövlət quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Ölkədə qanunvericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini Prezident, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

İlk Respublikanın yaranma tarixi: 28 may 1918-ci il

Müstəqillik günü: 18 oktyabr 1991-ci il (II respublika)

Paytaxtı: Bakı şəhəri

Dövlət dili: Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. İstifadə olunan işlək dillər ingilis, türk və rus dilləridir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Konstitusiya quruluşu

Hakimiyyətin forması: Prezident idarə üsulu ilə idarə edilən unitar respublika

Dövlət başçısı: Prezident

Hökumət başçısı: Baş Nazir

Parlament: Majoritar seçki sistemli Milli Məclis

Beynəlxalq əməkdaşlıq: BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, ATƏT, Avropa Şurası, MDB, NATO Tərəfdaşlıq proqramı

İqtisadi quruluş

İqtisadi strategiya: Davamlı iqtisadi inkişaf və makroiqtisadi stabillik

İqtisadi sistem: Bazar iqtisadiyyatı

Ümumdaxili məhsul (2015): 54,4 mld. manat

İxrac (2015): 10,6 mld. manat

İdxal (2015): 8,2 mld. manat

Coğrafiya və əhali

Yerləşdiyi yer: Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimaldan Rusiya Federasiyası (RF), cənubdan İran İslam Respublikası (İİR), qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda yerləşir.

Ərazisi: 86,600 km2–dir.

Əhali (2015): 9 593 min nəfər

Dini etiqadlar: İslam,xristianlıq, iudaizm

Ən böyük şəhərləri:      Bakı, Gəncə, Sumqayıt, Naxçıvan

Ən yüksək dağ zirvəsi: Bazardüzü - 4.466 m

Ən uzun çayı: Kür, 1515 km

Ən böyük gölü: Sarısu, 67 km2

Təbii ehtiyatlar: neft, qaz, kömür, qızıl, alüminium, mineral sular

İnfrastruktur

Maşın yolu şəbəkəsi: 19001.6  km

Dəmir yolu şəbəkəsi: 2068 km

Əsas dəniz limanı: Bakı (Xəzər dənizinin ən böyük limanı)

Hava nəqliyyatı: MDB, Avropa, Çin və Yaxın Şərqə şərnişin və yük daşınması xidmətləri

Ən böyük hava limanı: Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı  

Faydalı məlumatlar

Saat qurşağı: GMT+4.00

Pul vahidi: Azərbaycan manatı - AZN

Telefon kodu: +994

Əsas internet domeni: .az

Elektrik gərginliyi: 220 V, 50 Hz

http://azpromo.az

http://www.azerbaijans.com

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png