az en

“Сəlilabad - Şərab” Açıq Səhmdar Cəmiyyəti

Müəssisə haqqında qısa məlumat:

Müəssisə 1981-83-cü illərdə istifadəyə verilmiş və “Bərəkət” Üzüm İstehsalı və Emalı zavodu adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 1999-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin tabeliyində olan zavodun bazasında “Сəlilabad - Şərab” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas fəaliyyəti üzümün istehsalı, emalı və ondan şərab məhsullarının hazırlanmasından ibarət olmuşdur.

Müəssisənin fəaliyyət sahəsi:

celilabadsherab1Üzümün ilkin emalı və şərab məhsullarının istehsalı

İstehsal olunan məhsulların adı və çeşidi:

“Ağ süfrə”, “Portveyn”, “Azərbaycan”, “Qarabağ” və digər markalı şərablar istehsal edilmişdir.

Hazırkı istehsal həcmi:

Müəssisə fəaliyyət göstərmədiyi üçün istehsal həcmi yoxdur.

Nizamnamə kapitalı (manat): 3 062 780 manat

Buraxılmış səhmlərin sayı (ədəd): 765 701 ədəd

Səhmlərin nominalı və növü: 4 manat, adi, sənədsiz adlı

Satılmış səhm zərfinin həcmi: 224 ədəd (0,03 %)

Hazırda satılan səhm zərfinin həcmi:  765 477 ədəd (99,97%)

Dövlət tərəfindən səhmlərə qoyulan məhdudiyyətlər (varsa): hər hansı məhdudiyyət yoxdur, xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər.

Müəssisənin yerləşdiyi ərazi (şəhər, rayon) və paytaxta qədər məsafə:  Müəssisə Cəlilabad rayonu, Cəlilabad–Bakı şosesinin 2-ci kilometrində yerləşir, paytaxta qədər məsafə 200 kilometrdir.

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, d/y stansiyası, su limanı) olan məsafə: Müəssisə dəmir yol stansiyasından 14 km məsafədə yerləşir. Lənkəran aeroportuna olan məsafə isə 80-90 km-dir.

Xammal təminatı:

celilabadsherab2Cəlilabad və ətraf rayonlarda istehsal olunan üzüm hesabına ödənilirdi.

İşçilərin sayı: 1 nəfər

Əsas istehsal sahələri və onların qısa xarakteristikası:

Müəssisədə avadanlıqların sıradan çıxması və üzüm əkinçiliyinin inkişafı məqsədi ilə xammalın alınması üçün maliyyə vəsaiti olmadığından müəssisə fəaliyyətini dayandırmışdır. Qeyd etmək lazımdır ki, müəssisə vaxtilə ildə 80.000 ton ilkin şərab məhsulları istehsal etmiş və həmin məhsulu hazır şərab istehsalı məqsədi ilə Rusiya Federasiyasına və keçmiş SSRİ-nin digər Respublikalarına ixrac etmişdir.

İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri:

- avtomobil və dəmir yoluna yaxın olması;

- geniş istehsal infrastrukturuna malik olması;

- Cəlilabad rayonunda kifayət qədər üzüm istehsal olunması;

- yüksək keyfiyyətli və çeşidli şərabların istehsalı imkanları;

- üzümçülük və şərabçılıq sahəsində peşəkar kadrların olması.

Müəssisənin imkanları:

Ötən əsrin 80-ci illərində Cəlilabad Azərbaycan Respublikasının ənənəvi üzümçülük rayonu olduğu üçün ildə 200-220 min ton üzüm istehsal olunurdu. Əvvəllər üzüm istehsalında orta məhsuldarlıq yüksək göstəriciyə çatmışdır (hektardan 90-100 sentner). Respublikada kollektiv təsərrüfatların tənəzzülə uğramasından sonra bu müəssisənin də istehsalı kəskin azalmağa başlamış və 1996-cı ildə fəaliyyəti dayanmışdır. Buna baxmayaraq, müəssisənin yerləşdiyi Cəlilabad rayonunda üzüm istehsalı üçün məhsuldar və münbit torpaqların mövcudluğu, rayonda üzümçülük və şərabçılıq sahəsində peşəkar mütəxəsislərin olması imkan verir ki, gələcəkdə investisiyaların cəlb edilməsi yolu ilə müəssisənin inkişafina nail olunsun. Bu yolla müəssisəni inkişaf etdirərək, gələcəkdə müxtəlif çeşidli şərabların, likyorun, şampan şərablarının, konyak və digər içkilərin istehsalına nail mümkündür.

Bazarlar və müəssisənin bazardakı xüsusi çəkisi:

Şərab məhsullarının əsas bazarı hesab edilən Baltikyanı ölkələrlə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələri və Rusiya da böyük şərab istehlakçısıdır. Şəraba olan tələbatının  yarıdan çoxunu idxal hesabına ödəyən Rusiyada şərabın daimi istehlakçılarının sayı il ərzində orta hesabla 10% artır. Əkildikdən təxminən 3-4 il sonra məhsul verən üzüm çoxillik bitki olmaqla yanaşı həm də istehsalçılarına milyonlarla manat gəlir gətirən perspektivli fəaliyyət sahəsidir. Mütəxəssislərin sözlərinə görə salınan plantasiyalardan 10 ildən sonra 500 min ton üzüm yığılmasını proqnozlaşdırmaq mümkündür. Bazarda bahalı şərablara tələbat hal hazırda da yüksəkdir. Müəssisə fəaliyyətini dayandırdığından onun bazarda heç bir payı yoxdur.

Əsas rəqiblər və onların bazardakı xüsusi çəkisi:

Bazarda kifayət qədər güclü istehsalçılar vardır. “Göygöl Şərab” ASC, “Gəncə Şərab-2” ASC, “Abşeron Şərab” ASC, “Azər Şərab” ASC, “AgroAzərinvest” MMC, Bakıda (1 və 2 saylı) şərab zavodları, Göyçayda, Şəmkirdə, Şamaxıda, İsmayıllıda, Naxçıvanda şərab, konyak zavodları 60 markadan çox şərab, 17 növ turş şərab, 20 növ portveyn və tünd desert şərab istehsal olunur. 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png