az en

Azərbaycanda geniş tikinti bumu yaşanır və genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir

Tikinti sektoru

Hazırda Azərbaycanda dünya memarlıq incisi hesab oluna biləcək “Heydər Əliyev Mərkəzi”, “Bakı Alov Qüllələri”, “Bakı Crystal Hall”, “Bakı Ağ Şəhər” kimi layihələr icra olunmuşdur.

Son illərdə ölkədə 755 yeni məktəb binası tikilmiş, 344 məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.

Son 3 ildə ölkədə 13 yol qovşağının, 23 piyada keçidinin tikilib istifadəyə verilməsini, 9 piyada keçidinin əsaslı təmir olunmasını, ümumiyyətlə, ölkədə 77 avtomobil körpüsü və yol ötürücüsünün, onlarla avtomobil yolu və yol qurğusunun istismara verilmişdir.

Görülmüş tikinti işlərinin ümumi həcmindən 63,1 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 18,2 faizi əsaslı təmir, 6,faizi cari təmir, 12,7 faizi isə digər inşaat işlərinin payına düşüb.

Eyni zamanda Azərbaycanın inşaat şirkətlərinin dünya bazarına çıxmaq istiqamətində ilk addımlar atılmışdır. Artıq Azərbaycanın şirkətləri müasir tikinti bazalarının yaradılması və elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə, Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının xətti ilə Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Liviya və başqa ölkələrdə həyata keçirilən layihələrin tenderlərində iştirak edərək qalib gələrək layihələndirmə və tikinti işləri aparırlar.

Özəlləşdirmə

Son dövrlərdə qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə özəlləşdirmə prosesinin sürətləndirilməsi iqtisadiyyatın strukturunu təkmilləşdirmək, rəqabət mühitini formalaşdırmaq, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək, iqtisadiyyata investisiyalar, o cümlədən, xarici investisiyalar cəlb etmək yolu ilə həyata keçirilən özəlləşdirmə proqramının tətbiqinə əsaslanır. Bu baxımdan sənaye, aqrar sahə, inşaat, xidmət, infrastruktur, səhiyyə, telekommunikasiya, nəqliyyat və digər sahələr özəlləşdirmə üçün prioritet hesab olunur. Müəssisələrə strateji investorların cəlb edilməsi, iqtisadi aktivliyin artırılması, biznes mühitinin gücləndirilməsi, eləcə də özəlləşmiş müəssisələrdə rəqabətədavamlı və ixrac qabiliyyətli məhsulların istehsalı, yeni iş yerlərinin açılması və ixtisaslı kadrların cəlb edilməsi də əsas hədəflərdəndir. 

Özəlləşdirmənin başlandığı dövrdən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılmış və sonradan özəlləşdirilmişdir.

Özəlləşdirmənin başlandığı dövrdən etibarən müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 mln. manat dövlət büdcəsinə daxil olmuşdur ki, bu da müvafiq qaydada ölkənin müəyyən sosial-iqtisadi problemlərinin həllinə yönəldilmişdir.

Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş bu da müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması yeni texnologiyaların və  idarəetmə təcrübəsinin tətbiqi məqsədilə 550 mln. ABŞ dolları məbləğində vəsaitin investisiya şəklində qoyulmuşdur. 

Ticarət, xidmət, tikinti, istehlak malları istehsal edən yüngül yeyinti emal sahələrində dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində bazar münasibətləri tam formalaşmış yerli bazar tələbatı istehsalçılar tərəfindən təmin olunmuş, bu sahələrə müasir texnologiya avadanlıq və idarəetmə təcrübəsi cəlb edilmişdir. Nəticədə dövlətin bir neçə il öncə çox ciddi məşğul olduğu və bəzi hallarda problemlərlə rastlaşdığı sahələrə aid təsərrüfat qayğılarından azad olunması təmin edilmiş, bu funksiyalar dövlətdən daha çevik və səmərəli sahibkar strukturlarına ötürülmüşdür.

Özəlləşdirmənin sonrakı mərhələsi iqtisadiyyatın mühüm sahələrinə aid olan müəssisələri əhatə etmişdir. Özəlləşməyə açılmış maşınqayırma, metallurgiya, neft-kimya, kimya sahələrinin investisiyaya olan tələbatının dolğun ödənilməsi məqsədi ilə strateji investorlarla daha çox əməkdaşlıq qurulmuş və iqtisadiyyatın aparıcı müəssisələri kimi onların əlverişli üsullarla özəlləşdirilməsi təmin olunmuşdur.

http://az.trend.az

http://www.azerbaijans.com

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png