az en

Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və investisiyalara bütün zəruri təminatlar verilir

Qanunvericilik və xarici investisiyalar rejimi

Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsipləri müvafiq olaraq “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.

Hökumət xarici investorlara aşağıda göstərilən əlavə hüquqi təminatlar verir:

- Qanunvericiliyin pisləşməsinə qarşı. İnvestisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq.

- İnvestisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar.

- Dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir

- Vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

Dövlət qeydiyyatı

Hüquqi şəxslərə dair dövlət reyestri hüquqi şəxslər və onların təsisçiləri barədə ümumi məlumatı daxil edir. Mülki məcəllənin müddəalarına əsasən hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib və hər bir maraqlanan tərəf qeydiyyat üçün təqdim olunan sənədlərin surətini ala bilər.

Dövlət qeydiyyatı 5 gün ərzində keçirilir.

Ədliyyə nazirliyində qeydiyyatı keçəndən sonra şirkət digər yerlərdə də qeydiyyatdan keçməlidir (vergilər nazirliyi və dövlət statistika komitəsi).

Xarici investisiyalı şirkət qeydiyyatdan keçən kimi daha qeydiyyatlardan keçmədən və icazələr almadan Azərbaycanda kommersiya ilə məşğul ola bilərlər (məs. xarici investisiyalı şirkətin qeydiyyatı, istehsal üçün lisenziya və s.)

Valyuta tənzimlənməsi

Azərbaycanın Milli Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunub.

Milli Bankın xüsusi lisenziyası olmadığı halda bütün ödəmələr manatda keçirilir.

Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Milli Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdırlar.

Gömrük rejimi

Azərbaycan qanunvericiliyi Azərbaycana import olunan əmtəələrə tətbiq olunan bir neçə gömrük rejimi tanıyır. Bunlardan xarici investorlar üçün vacib olanları aşağıdakılardır:

- Tranzit

- gömrük saxlanılması

- gömrük anbarı

- müvəqqəti import

- gömrük zonalarına giriş və çıxış.

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu – 0-15% - ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hal hazırda 18%), hansı ki əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və aksiz vergisi həmçinin). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% tətbiq olunur.

İxrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır.

Məhsul Bölgüsü Sazişinə (MBS) aid podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. MBS rejimli idxala 0% ƏDV tətbiq olunur.

http://azerbaijan.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png