az en

Azərbaycan zəngin karbohidrogen və təbii ehtiyatlara malikdir (neft və qaz, faydalı qazıntılar, bioresurslar)

Azərbaycanın iqlimi, təbiəti və resursları

Azərbaycanda 11 iqlim qurşağından 9-u müşahidə edilir. Əsas iqlim əmələ gətirən amillər coğrafi enlik və atmosfer sirkulyasiyasıdır. Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, düzən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zeytun,çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər yetişdirməyə imkan verir.

Abşeronda, Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların 4.000°C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Kənd təsərrüfat məhsullarının keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.

Respublika zəngin rekreasiya ehtiyatlarına da malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarındakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayiq obyektlər (“İçəri Şəhər”, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımızdakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehtiyatlar turizmin inkişafına da imkan yaradır.

Abşerondakı göllərin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.

Azərbaycan müxtəlif növtəbii ehtiyatlarlazəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatlarına malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.

1994-cü il sentyabrında Bakıda öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilə imzalanmışdır. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoco, BP, McDermott, Unocal, SOCAR, Lukoil, Statoil, Exon, Turkish State Oil Company, Pennzoil, Itochu, Ramco, Delta-Nimir) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

Daha bir böyük neft və qaz yatağı olan “Şahdəniz” yatağı üzrə kontrakt 1996-cı il iyunun 4-də imzalanmışdır. Hazırda “Şahdəniz” yatağının təsdiq olunmuş qaz ehtiyatları hesabına Avropa ölkələrini də təbii qazla təmin etmək planları üzərində iş gedir. Bu qazın Avropaya nəqli üçün Azərbaycan bir sıra Avropa dövlətləri ilə (Yunanıstan, Albaniya, İtaliya) TAP (Trans Adriatic Pipeline) və TANAP (Trans Anatolian Gas Pipeline) qaz ixrac boru kəmərlərinin çəkilişi üzrə ilkin razılıqlar əldə etmişdir.

Bu kontraktlar üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan ümumilikdə 1 milyard ton neft və 350 milyard kub metr qazın hasil edilməsi gözlənilir.

Təbii ehtiyatlara gəldikdə isə, ölkəmizin qərb bölgələrində əsasən filiz ehtiyatları üstündür. Qafqaz regionunda ən mühüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yatağı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağdərə polimetal yataqları, Kəlbəcər, Naxçıvan, Daşkəsən, Gədəbəy qızıl yataqları və digər əlvan metallar respublikada həm qara, həm də əlvan metallurgiyanı inkişaf etdirməyə imkan vermişdir.

Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ qeyri filizlərdən əhəgdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. qeyd edilə bilər.

Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir. Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.

Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir.

Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonundakı filiz yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır. Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir.

Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonundakıyataqda cəmləşir.

Respublika ərazisində əvvəlləraparılmış geoloji-kəşfiyyatişləriilə Zəylikalunitfilizləriyatağı aşkaredilmiş və kəşfiyyatı aparılmışdır. Yataq Daşkəsən rayonunda yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir. Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.

Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləminə malikdir. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə çox qiymətli zəhəri olan qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.

Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Burada onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzərdənizində nərə, uzunburun, qayabalığı, ağ qızılbalıq, qızılbalıq, Xəzərsiyənəyininbeş növü, dənizsıfı, ziyad, gülmə, çəki, xəşəmvə başqabalıqnövlərivar. Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir. Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır.

Xəzər dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Ali bitkilər guruda, dənizlərdə və şirin sularda yaşayırlar. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu, daraqşəkilli suçiçəyi, 2 növ ruppiya. Ali bitkilərlə həm balıglar, həm də su quşları gidalanır. Bir çox balıqlar öz kürülərini onların üzərinə tökürlər.

Xəzər dənizi fitoplanktonunda həm şirin su və həm lə şortəhər su yosunları yaşayır. Bu da dənizinin duzluğunun az olması ilə bağlıdır. Xəzər dənizinin fitoplanktonunda 450 növ yosun qeyd edilmişdir: onların 163 növü diatom yosunlar,102 növü göy-yaşıl yosunlar , 139 növü yasıl yosunlar, 39 növü dinofit yosunlar, 2 növü qızılı yosunlar, 5 növü evglen yosunlardır. Xəzərin fitoplanktonunda 47 növ dəniz yosunu, 66 növ şortəhər su yosunu, 74 növ şortəhər – şirin su yosunu, 210 növ şirin su yosunu və 52 növ başqa yosunlar vardır.

Eyni zamanda Azərbaycanda heyvandarlıq sürətlə inkişaf edən sahələrdəndir. Ölkəmizdə heyvandarlığın maldarlıq, camışçılıq, qoyunçuluq, keçiçilik, atçılıq, quşçuluq, dovşançılıq, arıçılıq, balıqçılıq kimi növləri vardır. Bunlardan maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq heyvandarlıq məhsullarının istehsalında mühüm əhəmiyyət kəsb edir.

http://kayzen.az

http://www.minenergy.gov.az

http://www.azerbaijans.com

http://arxiv.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png