az en
Items filtered by date: Çərşənbə axşamı, 10 Yanvar 2017

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Qeyd edək ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.

10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcəkdir.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.

Published in Projects

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png