az en

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Dekabrın 24-ü dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlakları buraxılış tarixi 2001-2009-cu illər olan nəqliyyat vasitələridir. Hyundai, QAZ, BMW, Fiat markalarına aid avtomobillər hərracda 1500 manat ilə 10 min manat arasında olan qiymətlərə özəlləşdirilib.

Növbəti hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslər də özəlləşməyə onlayn qoşula bilər. Bunun üçün e-emdk.gov.az portalında “Elektron hərrac” bölməsinə daxil olmaq kifayətdir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg