az en

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Quba rayonunda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov 11 dekabr tarixində Quba rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqların qeydiyyatı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.

Bütün müraciətlər diqqətlə dinlənilib. Əksər məsələlər elə yerindəcə öz müsbət həllini tapıb. Digər müraciətlər nəzarətə götürülüb və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı komitə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah edilib və digər qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Qəbul çərçivəsində komitə rəhbərliyi fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin müdirlərinə tapşırıqlarını verib. Bildirilib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg