az en

29 oktyabr hərracına çıxarılan dövlət əmlakları üzrə seçim başladı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda hər kəsin rahat iştirakı təmin edilir. Belə ki, iştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakları üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı var. Prosesə marağı olan şəxs hərrac günü həm məkana getməklə, həm də elektron resurslardan istifadə etməklə hərraclara qeydiyyatsız formada qoşula bilir.

Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 29 oktyabr tarixində keçiriləcək. Hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış illəri 1989-2007-ci illər intervalındadır. Chevrolet, Nissan, VAZ və digər markalarından olan bu avtomobillərin ilkin hərrac qiymətləri 1800 manat ilə 10 min manat arasındadır.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilər. Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg