az en

Valyuta Rejimi

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

QAYDALARI

Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.  Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 №-li forma, Əlavə № 2 ) ilə rəsmiləşdirilir.

Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.

Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə № 3) əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.

Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 №-li forma, Əlavə № 2) ilə rəsmiləşdirilir.
Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.

Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə № 3) əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Qeyri-rezidentlər bu Qaydaların nəzərdə tutulmuş hallar istisna olmaqla, sənəd təqdim edilmədən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

http://customs.gov.az/

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png