az en

Tarif Tənzimlənməsi

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının
Əsasnaməsindən çıxarış

  1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra – Şura) respublikada təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, ölkədə əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq, tarif (qiymət) və gömrük rüsumlarının çevik mexanizmi vasitəsi ilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli həyata keçirilməsi məqsədi ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.
  2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini və bu Əsasnaməni rəhbər tutur.
  3. Şuranın əsas vəzifələri aşağıdakılardır:

3.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;

3.2. respublika iqtisadiyyatının əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində tariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) tariflərinin (qiymətlərinin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

3.3. tariflərin (qiymətlərin) və rüsumların dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) və rüsumların formalaşması və tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflərin hazırlanması;

3.4. ölkə iqtisadiyyatının maraqlarının tam təmin edilməsi baxımından xarici rəqabətin mənfi təsirindən və daxili rəqabət qabiliyyətli istehsalı qorumaqla onların fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması məqsədi ilə gömrük tarif və rüsum dərəcələrinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, əlavə dəyər vergisindən azad olunan malların siyahısı barədə, qeyri-tarif tənzimlənməsi, gömrük tarif güzəştlərinin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.5. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit tariflərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

 3.6. daxili bazarın qorunması məqsədi ilə mal idxalı nəticəsində yerli istehsala vurulmuş və ya vurula biləcək zərərlə bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.

http://www.e-qanun.az/

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png