az en

Dövlət investisiya siyasəti

Dövlət investisiya siyasəti

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədi ilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün aşağıda qeyd olunantədbirlər həyata keçirilir:

- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi;

- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması;

- stabil normativ-hüquqi rejimin təmin edilməsi məqsədi ilə dövlətin rolunun artırılması;

- investisiya fəaliyyətinin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi;

- investisiya obyektlərinin seçimi və təhlili məqsədi ilə müəssisələr haqqında investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması;

- əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir institusional infrastrukturun inkişafı prosesinə yardımın artırılması;

- biznesin informasiya təminatının yaxşılaşdırılmasına, mühasibat uçotunun və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması.

İnvestisiya fəaliyyəti ilə bağlı müvafiq dövlət qurumları

Əmlak Məslələri Dövlət Komitəsi (ƏMDK)

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Fərmanı ilə yaradılmışdır. Komitənin digər funksiyaları ilə yanaşı fəaliyyət istiqamətlərinə dövlət əmlakının və torpaqlarının idarə edilməsi, onların özəlləşdirilməsi, icarəyə və idarəetməyə verilməsi yolu ilə ölkə iqtisadiyyatına investisiyaların, yeni avadanlıq, texnologiya, hou-hau və s. cəlb edilməsi, daşınmaz əmlakların dövlət reyestrində qeydiyyatı (mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi), torpaqların kadastrının aparılması daxildir. İnvestorlar tərəfindən dövlət əmlakının özəlləşdirilmsi, icarəyə və idarəetməyə götürülməsi məsələləri, həmin əmlaklar üzrə qiymət və tarixlərin müəyyən edilməsi, müqavilələrin imzalanması və digər bu kimi məsələlər məhz bu komitə tərəfindən tənzimlənir.

“Azərbaycan İnvestisiya Şirkəti" ASC

“Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (AİŞ) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaradılmışdır. AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

Dövlət və özəl sektorun birgə təşəbbüsü olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilmişdir. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici investorlar, yerli istehsalçılar və hökumət arasında körpü funksiyasını həyata keçirməkdən ibarətdir.

http://emdk.gov.az/index.php/az/komit-haqq-nda/tarixi

http://emdk.gov.az/index.php/az/qanunvericilik/dövlət-proqramları/719-azərbaycan-respublikasında-dövlət-əmlakının-özəlləşdirilməsinin-ii-dövlət-proqramı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png