az en

Biznesin Yaradılması Və Əmlakın Qeydiyyatı

Biznesin qeydiyyatı üçün yeni sistem

 

 

 

 

 

BPS (bir pəncərə sistemi) tətbiq olunmazdan əvvəl qeydiyyat prosesinə təsiri olan bir sıra qanunlara muvafiq duzəlişlər edilmişdir. Nəticədə, yeni qeydiyyat sistemi əsasən aşağıdakı qanunvericilik aktlarla tənzimlənir:

  • Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Qanun (bundan sonra Dövlət Qeydiyyatı haqqında Qanun) ;
  • Mülki Məcəllə;
  • Vergi Məcəlləsi;
  • VN-nin təlimatları

Bu qanunvericilik aktları huquqi şəxslərin dövlət qeydiyyatı ucun əsas şərt və müddəaları müəyyən edir. BPS qeydiyyat xidmətini səmərəli şəkildə həyata kecirmək ücün vahid ərizə forması tətbiq olunmuşdur. Bu ərizə forması vergi orqanları, habelə DSMF və DSK-da qeydiyyatdan keçmək ücün tələb olunan bütün məlumatları əhatə edir. Bu o deməkdir ki, sahibkarlar müxtəlif dövlət orqanlarına deyil, sadəcə yerli qeydiyyat idarəsinə müraciət etməlidirlər (bax Diaqram 2).

Bu ərizə formasından əvvəllər şirkət barədə qeydiyyata alınmış məlumatları yeniləşdirmək məqsədilə də istifadə edilir. Bunlarla yanaşı, VÖEN bütün hüquqi şəxslər üçün vahid eyniləşdirmə nömrəsi kimi tətbiq olunduğundan, vergi ödəyicilərinin qeydiyyatı biznesin qeydiyyatı ilə eyni vaxtda aparılır. Bundan əlavə, ərizəçilərdən artıq şirkətlərinin geniş və əhatəli nizamnamələrinin təqdim edilməsi tələb olunmur. Şirkət nizamnaməsinin iki səhifəlik standart formasını qeydiyyat idarələri və yaxud VN-nin vebsaytı vasitəsilə pulsuz əldə etmək olar.

Mülki Məcəllədə MMC-nin nizamnamə kapitalı üçün konkret məbləğ göstərilmir. Prinsipcə, bu, 1 Azərbaycan manatından başlayaraq istənilən məbləğ ola bilər. MMC üçün dövlət qeydiyyatı rüsumu dəyişməz qalaraq 11 AZN təşkil edir ki, bu da bank vasitəsilə ödənilməlidir.

Ümumilikdə şirkətin qeydiyyatı məqsədilə sahibkarlar qeydiyyat idarəsinə 6 sənəd təqdim etməlidir. Qeyd etmək lazımdır ki, ərizə forması və şirkətin hüquqi ünvanını təsdiq edən sənəd əvvəlcədən notariat qaydasında təsdiq edilməlidir (bax Haşiyə 1). Dövlət Qeydiyyatı haqqında Qanunda ərizə formasının notariat qaydasında təsdiqi tələb olunsa da, şirkətin hüquqi ünvanını təsdiq edən sənəd barədə belə tələb qoyulmur. Bununla belə, Mülki Məcəllənin 146.1-ci maddəsi sahibkarlardan bunu etməyi tələb edir.

Haşiyə 1. Sahibkarlar öz bizneslərini qeydiyyatdan keçirmək üçün yalnız 6 sənəd təqdim etməlidirlər

  1. Ərizə forması (notariat qaydasında təsdiq edilmiş). Ərizədə aşağıdakılar göstərilir:
  • Təsisçi fiziki şəxs olduqda: onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənəd (seriya, nömrə, verilmə tarixi, sənədi verən orqan, etibarlıq müddəti, ünvan);
  • Təsisçi hüquqi şəxs olduqda: onun adı, hüquqi ünvanı, qeydiyyat nömrəsi;
  • Ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda: onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənəd (seriya, nömrə, verilmə tarixi, sənədi verən orqan, ünvan) və vəkalətnamə haqqında məlumatlar.
  1. Təsis sənədləri – təsisçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş nizamnamə, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;
  2. Dövlət qeydiyyatı rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi;
  3. Təsisçi hüquqi şəxs olduqda: onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; təsisçi fiziki şəxs olduqda: onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
  4. Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd
    (notariat qaydasında təsdiq edilmiş icarə, kirayə, pulsuz istifadə müqaviləsi, obyektin hüquqi ünvanından istifadə etmək barədə təsdiq olunmuş razılıq) və ya obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  5. Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.

Dövlət Qeydiyyatı haqqında Qanuna əsasən, hər hansı catışmamazlıqlar, yaxud imtina üçün əsas olmadıqda, qeydiyyat şəhadətnaməsinin verilməsilə bağlı qərar vahid ərizə formasının qəbul olunduğu tarixdən sonra üç gün ərzində verilməlidir. Qeydiyyat idarəsi tərəfindən ərizəyə baxılması müddətinə qanunla məhdudiyyət nəzərdə tutulsa da, qanun “sükut – razılıqdır” prinsipini muəyyən etmir (bu prinsipə gorə, əgər tələb olunan sənədləri təqdim etmiş şəxs müəyyən olunmuş müddət ərzində rədd cavabı almırsa, o bütün qeydiyyat tələblərini yerinə yetirmiş hesab olunur). Qeydiyyat şəhadətnaməsindən başqa qeydiyyat idarəsi ərizəçiyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış da təqdim edir. Dövlət reyestrindən çıxarışı aldıqdan sonra ərizəçi 3 həftə müddətində hər hansı səhv və ya catışmamazlıqlar barədə reyestr xidmətinə məlumat verməlidir.

Beləliklə, biznesin qeydiyyatı üçün yeni hüquqi sistemin əsas xüsusiyyətləri aşağıdakılardır:

  • vahid ərizə forması bir neçə orqanın tələblərini təmin edir;
  • şirkətin nizamnaməsinin 2 səhifəlik standart formasını asanlıqla yerli qeydiyyat idarələrindən və VN-nin internet saytından əldə etmək olar;
  • dövlət rüsumunun ödənilməsi qaydası sadə və şəffafdır;
  • rusumlar bank vasitəsilə odənilir, dovlət məmurlarına hec bir odəniş edilmir;
  • dövlət məmurları ilə yeganə birbaşa əlaqə notariat kontorlarında və VN-nin BPS məntəqəsində baş tutur;
  • şirkətin mürəkkəb və əhatəli nizamnaməsinin təqdim olunduğu hallar istisna olmaqla, digət hallarda hüquqşünasın və ya digər vasitəçinin xidmətindən istifadəyə ehtiyac olmur ;
  • VÖEN bütün məqsədlər üçün vahid eyniləşdirmə nömrəsi kimi istifadə olunur;
  • VN-də dövlət qeydiyyatı 3 gün ərzində, bütovlukdə isə qeydiyyat prosesi 8 gün ərzində başa catdırılır;

vergi ödəyicisinin qeydiyyatı dövlət qeydiyyatının bir hissəsi kimi aparılır

http://www.biznesinfo.az/

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png