az en

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracda iştirak qaydaları:

Hərrac müəssisənin (obyektin)  və səhmin, habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır.Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi, habelə torpaq sahələrini almağa razı olduqlarını bildirirlər ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır.Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar elan edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib.

Komitə tərəfindən bu həftə elan edilən səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə pul, habelə kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.  

Beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin İctimai Təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli müvafiq fərmanına əsasən özəlləşdirmə prosesində şəffaflığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün məlumatlandırmanın təmin edilməsi, özəlləşdirmənin elektron üsullarla gerçəkləşdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 31 avqust tarixində beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri,  habelə xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib.

Özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək. O cümlədən, hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyə biləcəklər. 

Azərbaycan Prezidenti İlham Əliyevin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg