az en

“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans açılış və işçi sessiyası olmaqla iki hissədən ibarət olub.

Tədbirdə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev, Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz Əmlak üzrə İnvestisiyaların İdarəedilməsi və Təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer Al-Marri iştirak ediblər. Konfransa həmçinin 14 ölkədən, o cümlədən, Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən olan dövlət qurumlarının, eləcə də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici qurumların 100-dən çox nümayəndəsi qatılıb.

Hərracda 20 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Növbəti belə hərrac 28 noyabr tarixində keçirilib. Hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 7-i kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitələridir.  Bakı  şəhəri üzrə 5 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Belə ki, əmlakın ilkin start qiyməti 25 min manat olsa da ən son 61 min  manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 100 kv.m-dən çoxdur. Bu qeyri-yaşayış sahəsi  üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabr ayının ilk hərracı elan olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 111 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 39-u kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Hərraca 162 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan  25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2804

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg