az en

Əmlak Məsələləri Dövlət Komitəsi açıq hərracları davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir. Səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac 20 sentyabr tarixində baş tutub. Açıq hərracda istənilən yerli və xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak ediblər.

Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izlənilib.

Əmlak Məsələləri Dövlət Komitəsi açıq hərraclara start verdi

Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclara start verib. İlk belə hərrac 14 sentyabr tarixində səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilib. İstənilən yerli və xarici investorlar və potensial alıcılar hərraclarda məhdudiyyətsiz iştirak etməklə, əmlakın qiymətini bank vasitəsi ilə ödəyərək satışa çıxarılmış əmlakın sahibi ola bilir.

Xatırladaq ki, bu tədbirlər Azərbaycan Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirilir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracda iştirak qaydaları:

Hərrac müəssisənin (obyektin)  və səhmin, habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır.Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi, habelə torpaq sahələrini almağa razı olduqlarını bildirirlər ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır.Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.

Beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin İctimai Təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli müvafiq fərmanına əsasən özəlləşdirmə prosesində şəffaflığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün məlumatlandırmanın təmin edilməsi, özəlləşdirmənin elektron üsullarla gerçəkləşdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 31 avqust tarixində beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri,  habelə xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png