az en

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin 9 ayı ərzində görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən islahatların tərkib hissəsi dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb etmiş və bu prosesdə yeni mərhələyə qədəm qoyulub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 noyabrda keçiriləcək yeni hərracda 73 dövlət əmlakı özəlləşməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 15 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib. Bu dəfəki hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 101 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 1 noyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir.

Özəlləşdirmə portalından istifadə edənlərin sayı 132 mini ötüb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə Özəlləşdirmə portalı (privatization.az) istifadəyə verilib. Qısa müddətdir ki fəaliyyət göstərən portaldan istifadə edənlərin sayı artıq 132 mini ötüb. Təkcə oktyabr ayında 12 mindən çox istifadəçi sayı qeydə alınıb. Bu statistika portala və özəlləşdirmə ilə bağlı keçirilən hərraclara olan marağın əyani göstəricisidir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 25 oktyabrda keçiriləcək yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 25 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45 faizi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg