az en

Əmlak Məsələləri Dövlət Komitəsi 19 sentyabr tarixində keçiriləcək hərraca 166 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici İşgüzar Forum keçirilib

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilməsi, əsassız olaraq torpaqların kateqoriyasının dəyişdirilməsi kimi xoşagəlməz hallara rastlanır. Torpaq idarəçiliyi ilə bağlı məlumatın az olması, hüquq və vəzifələrin kifayət qədər bilinməməsi müəyyən çətinliklər yaradır. Təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi çətinləşir. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilməklə qanunpozuntusuna yol verilir. Qeyd edilməlidir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən dövlət torpaqlarının icarəyə (istifadəyə) ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır. Odur ki, bütün bu məsələlər hüquq və vəzifələrin yüksək səviyyədə bilinməsi zərurətini yaradır. 

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur

Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyevin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır. Eyni zamanda xidmətlərin optimallaşdırılması, prosedurlarının sadələşdirilməsi, məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması da əsas vəzifələrdəndir.

Açıq Hökumət Platforması monitorinqinin nəticələri: Vətəndaş məmnunluğu 100% təmin olunub

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Əmlak Məsələləri Dövlət Komitəsi də müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir. Odur ki görülən mühüm işlər nəticəsində yüksək nəticələr əldə edilir. Bu özünü Açıq Hökumət Platformasının “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticəsində də göstərir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.

Qeyd edək ki, Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər  şəhər  və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Paytaxda özəlləşdirilən qeyri-yaşayış obyekti, Yasamal, Sabunçu, Nərimanov rayonlarında yerləşir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg