az en

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

“Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyənləşib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi, investisiyaların cəlb edilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Komitə “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi 19 sentyabr tarixində keçiriləcək hərraca 166 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqi investorların hərraclarda iştirakını sadələşdirir

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqini genişləndirir.

Torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici İşgüzar Forum keçirilib

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilməsi, əsassız olaraq torpaqların kateqoriyasının dəyişdirilməsi kimi xoşagəlməz hallara rastlanır. Torpaq idarəçiliyi ilə bağlı məlumatın az olması, hüquq və vəzifələrin kifayət qədər bilinməməsi müəyyən çətinliklər yaradır. Təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi çətinləşir. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilməklə qanunpozuntusuna yol verilir. Qeyd edilməlidir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən dövlət torpaqlarının icarəyə (istifadəyə) ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır. Odur ki, bütün bu məsələlər hüquq və vəzifələrin yüksək səviyyədə bilinməsi zərurətini yaradır. 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png