az en

Komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib: Özəlləşdirilmə sahəsində görülən işlər üstünlük təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi,  qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda xammal-emal-istehsal zəncirinin təmin edilməsi məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. Bu amillər ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində, habelə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında da əksini tapır. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşən müəssisələrin fəaliyyətinin genişləndirilməsi, həmin müəssisələrdə rəqabət qabiliyyətli məhsulların hazırlanması, onların xarici bazarlara çıxış imkanlarının artırılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Qeyd edilən fərmana, Strateji Yol Xəritəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması ilə bağlı işləri davam etdirir. Eyni zamanda əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Komitə bu sahədə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edir, prosedurları sadələşdirir, elektron xidmətlərin sferasını genişləndirir.

Mənzilini tərk etmədən əmlak sahibi ol: İnternet vasitəsilə hərraca onlayn qatılmaq imkanı investorların işini sadələşdirir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sərfəli xidmət: Vətəndaşlar daşınmaz əmlak barədə məlumatları elektron üsulla əldə edə bilirlər

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti sayəsində mümkündür. Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə  əhalinin qeydiyyatla bağlı işini sadələşdirir. Həmin elektron xidmətin vasitəsilə  əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə əmlakın həm ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur.  Eyni zaman  əmlakla bağlı aparılan əməliyyatlar barədə də informasiya əldə etmək olur. Yəni vətəndaşda ipoteka, girov, alqı-satqı, bağışlanma, kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı yaranır. 

Azərbaycanda bütün mənzil sahiblərinin gözlədiyi yenilik baş verib: Vətəndaşlar alacağı mənzillərə çıxarışın verilib verilməyəcəyini və qiymətini əvvəlcədən öyrənə biləcəklər

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər. Bununla bağlı 27 sentyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda İctimai təqdimat keçirilib. Tədbirdə, Komitə nümayəndələri, iqtisadçı ekspertlər, bu sahədə fəaliyyət göstərən sahibkarlar, media nümayəndələri iştirak ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

 

Qeyd edək ki, Bakı  şəhəri üzrə  1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png