az en

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti belə hərracını 25 iyulda  keçirib. Hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub.

Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin yarımilliyinə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Komitə də ölkədə aparılan iqtisadi islahatlara, fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq davamlı, genişmiqyaslı tədbirlər həyata keçirir.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılmış, 700-ə yaxın monitorinq aktı təhlil edilmişdir. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılmış, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Növbəti hərracda 12 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İnnovativ idarəetmə üsulunun tətbiq edildiyi vacib sahələrdən biri də Komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərrac 18 iyulda keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklər

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Əmlak Məsələləri Dövlət Komitəsi də müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Komitə bütün fəaliyyət sahəsində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə komitə fəaliyyət sahələrində müasir çağırışlara uyğun olaraq yenikliklər tətbiq edir.

İnvestorları cəlb edəcək 196 əmlak özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.  

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png